9 saatdan çox yatmaq ölüm riskini 50 faiz artırır
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
15 illik araşdırma ürək-damar xəstəliyi olan insanlarda uzun yuxu müddətinin ölüm riski ilə əlaqəli olduğunu üzə çıxarıb.
Sherg.az xəbər verir ki, Çin və ABŞ alimlərinin apardığı tədqiqatda gündə 9 saat və daha çox yatan ürək-damar xəstələrində ölüm riskinin 7-8 saat yatanlarla müqayisədə 50 faiz yüksək olduğu müəyyən edilib.
“The Independent” nəşrinin məlumatına görə, araşdırmada 2004-cü ildə ABŞ-da keçirilən milli sağlamlıq sorğusunun 3 200-dən çox iştirakçısının məlumatları təhlil olunub.
Alimlər bildirirlər ki, uzun yuxu müddəti depressiya, yuxu zamanı tənəffüs pozuntuları, iltihablanma, fiziki zəiflik və digər xroniki xəstəliklərin göstəricisi ola bilər.
Tədqiqatçılar vurğulayırlar ki, uzun yatmağın ölüm riskini birbaşa artırdığı sübut edilməyib. Lakin bu hal, xüsusilə ürək-damar xəstəliyi olan insanlarda, diqqət tələb edən sağlamlıq problemlərinə işarə edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 28 Noyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















