Icma.az
close
up
RU
Azadlıq və Bütövlük Yolunda Qazanılan Qürur

Azadlıq və Bütövlük Yolunda Qazanılan Qürur

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün xalqımız 20 Yanvar faciəsini qeyd edir. Bu, müstəqillik tariximizin ən ağır və mürəkkəb günlərindən biri kimi yaddaşlara həkk olunub. Biz həmin günü həm kədər, həm də qürurla xatırlayırıq. Çünki bu gün müstəqillik uğrunda verdiyimiz qurbanları anır, eyni zamanda, torpaqlarımızın azad olunmasının sevincini yaşayırıq”.

Bunu Moderator.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat  xatırladıb ki, 1990-cı il 20 Yanvar hadisələrinin əsas məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qırmaq, iradəsini sarsıtmaq idi:

 “O dövrdə sovet hakimiyyəti öz süqutunun son illərində vətəndaşlarına qarşı ən qəddar və insanlığa sığmayan addımlardan birini atdı. Lakin xalqımız sınmadı, əyilmədi, qürurunu itirmədi. Bu gün isə biz böyük qürur hissi ilə deyə bilərik ki, torpaqlarımız azaddır, qələbəmiz təmin olunub, vətənimiz müstəqildir. Dünyada 3004 millət və xalq arasında yalnız 200-nün dövləti var. Bizim dövlətimizin olması isə ən böyük qürur mənbəyimizdir. 20 Yanvar hadisələrini qeyd edərkən biz həm də fəxr edirik ki, müstəqillik yolunda verdiyimiz qurbanlar hədər getmədi. Bütün ərazilərimiz azad olunub, Azərbaycan bu gün tam, bütöv, suveren və müstəqil dövlətdir. Tarixdə heç zaman olmadığı qədər güclü olan ölkəmiz, bu gün həm də Konstitusiya və suverenlik ilini qeyd edir. Bu qürur dolu gündə şəhidlərimizi ehtiramla yad edir, müstəqillik yolunda göstərdikləri qəhrəmanlığa görə onlara sonsuz minnətdarlığımızı bildiririk. Bu il qələbəmizin, suverenliyimizin və ərazi bütövlüyümüzün möhkəmlənməsi ili olacaq. Vaxtilə Azərbaycanı parçalamağa, onu əsarət altında saxlamağa çalışan qüvvələr bu gün ölkəmizlə hesablaşır və ona möhtacdır. Hazırda dünyada ağrılı proseslərin getdiyi bir dövrdə Azərbaycan Cənubi Qafqazda söz sahibidir”.

C.Məmmədov vurğulayıb ki, son 35 ildə ölkəmiz böyük bir inkişaf və tərəqqi yolu keçdi:

 “ 1988-ci ilin sonlarından etibarən xalqımız ciddi sınaqlarla üzləşdi. Azərbaycan xalqı tarixdə ən çox zülmə, ədalətsizliyə, ikili standartlara məruz qalan, faciələr yaşayan xalqlardan biri oldu. 1988-ci ildə azərbaycanlıların deportasiyası, 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ildə Xocalı soyqırımı və ard-arda baş verən digər hadisələr xalqımıza ağır itkilər yaşatdı. Lakin bu faciələr Azərbaycan xalqını sındıra bilmədi. Əksinə, bu hadisələr müstəqilliyimizə gedən yolda milli iradəmizi daha da gücləndirdi. Biz sürətlə inkişaf etdik və burada ulu öndər Heydər Əliyevin misilsiz rolunu xüsusi qeyd etmək lazımdır. Onun rəhbərliyi dövründə Azərbaycan xalqı daha da gücləndi, daha da möhkəmləndi və əzmlə irəliyə doğru addımlamağa başladı. Bu gün isə biz tamamilə fərqli bir mərhələyə və yeni bir dövrə qədəm qoymuşuq. Bu gün böyük qürurla deyə bilərik ki, Azərbaycan 35 il ərzində tarixdə görünməmiş inkişaf və tərəqqi yolu keçərək, bölgədəki mövqeyini gücləndirmiş, ərazi bütövlüyünü bərpa etmiş və müstəqilliyini qorumuşdur”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri