Icma.az
close
up
RU
AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu

AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuza malik “Great Place to Work” sertifikatına layiq görülüb. Bu sertifikat şirkətin əməkdaş təcrübəsi və təşkilati mədəniyyət sahəsində beynəlxalq səviyyədə tanınan standartlara cavab verdiyini təsdiqləyir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “Great Place to Work®” sertifikatı əməkdaşların anonim rəyləri əsasında aparılan müstəqil qiymətləndirmənin nəticələrinə əsasən təqdim edilir və iş yeri mədəniyyəti, rəhbərliyə etimad, əməkdaş məmnuniyyəti, inklüzivlik və insan mərkəzli idarəetmə prinsiplərinin beynəlxalq səviyyədə tanınan göstəricilərindən hesab olunur. Qiymətləndirmənin nəticələrinə əsasən, sorğuda iştirak edən Azərbaycan Hava Yolları əməkdaşlarının təxminən 80 faizi şirkəti işləmək üçün etibarlı və müsbət iş mühiti kimi qiymətləndirib.

Milli aviadaşıyıcı insan kapitalını strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edib və bu sahəyə ardıcıl investisiya yatırır. Şirkət əməkdaşların peşəkar inkişafının dəstəklənməsi, davamlı təlim və inkişaf imkanlarının genişləndirilməsi, bərabər imkanlar yaradan sağlam iş mühitinin təşviqi, eləcə də müasir idarəetmə yanaşmalarının tətbiqi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

“Bu sertifikat bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki birbaşa əməkdaşlarımızın rəylərinə əsaslanır. Bu nəticə Azərbaycan Hava Yollarında etimada əsaslanan iş mühitinin və insan kapitalının inkişafına verdiyimiz önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Qarşıdakı dövrdə də əməkdaşlarımız üçün inkişaf imkanlarını genişləndirməyə və müasir, inklüziv iş mühitini daha da gücləndirməyə davam edəcəyik”, – deyə Azərbaycan Hava Yollarının insan resursları direktoru Ellada Alışova bildirib.

İlk dəfə əldə olunan “Great Place to Work” sertifikatı Azərbaycan Hava Yollarının insan kapitalının inkişafına yönəlmiş uzunmüddətli strategiyasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu nəticə şirkətin etibarlı işəgötürən kimi mövqeyini möhkəmləndirməklə yanaşı, insan resurslarının inkişafına və əməkdaş məmnuniyyətinə verdiyi önəmi də bir daha təsdiqləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 İyul 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri