Icma.az
close
up
RU
PAŞA Sığorta nüfuzlu “Great Place To Work” “Mükəmməl iş yeri” mükafatına layiq görülüb

PAŞA Sığorta nüfuzlu “Great Place To Work” “Mükəmməl iş yeri” mükafatına layiq görülüb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

PAŞA Sığorta iş yerində yüksək işçi məmnuniyyəti və korporativ mədəniyyət ilə bağlı mükafatlandırılan “Great Place to Work” – “Mükəmməl iş yeri” mükafatına layiq görülüb.

APA xəbər verir ki, PAŞA Sığorta Azərbaycanda bu mükafata layiq görülən ilk sığorta şirkətidir.

Bildirilib ki, bu nüfuzlu mükafat, şirkətin əməkdaşlarına göstərdiyi diqqət, onların rifahı və inkişafına verdiyi önəmin təsdiqidir.

“Great Place to Work” mükafatı şirkətdaxili mədəniyyətimizin, mükəmməlliyə və innovasiyaya sadiqliyimizin təzahürüdür. Bizim üçün bu, sadəcə “yaxşı bir iş yeri” olmaq deyil, həm də insanların ruhlandığı və bağlılıq hiss etdiyi mühit yaratmaqdır. PAŞA Sığorta olaraq, əməkdaşlarımızın inkişafına və karyera imkanlarına verdiyimiz önəmi daim diqqət mərkəzində saxlamağa davam edirik və təşkilati mədəniyyətimizin uğurumuzun əsası olduğuna inanırıq" – deyə, şirkətin İnsan Resursları və İstedadların idarə olunması departamentinin rəhbəri Günay Teymurova bildirib.

Təsadüfi deyil ki, PAŞA Sığorta əməkdaşlarının karyera inkişafına təkan vermək üçün təlimlər, inkişaf proqramları, müxtəlif növ “bootcamp”lar, xarici ölkələrdə keçirilən konfranslarda iştirak imkanı təqdim edərək onların peşəkar bilik və bacarıqlarını davamlı olaraq artırır.

"Bu mükafat, bizim uzunmüddətli strateji yanaşmamızın, dəyərlərimizə sadiqliyimizin və insanları ön planda tutan iş prinsiplərimizin nəticəsidir. Bu uğur bizə əməkdaşlarımız, müştərilərimiz və tərəfdaşlarımızla olan güclü əməkdaşlıq əlaqələrini yeni bir səviyyəyə qaldırmağa təkan verir. Hər bir addımımızda daha yüksək hədəflərə çatmaq üçün ilham alır, əməkdaşlarımızın güvənini və bağlılığını daha da artıraraq, böyümə və inkişaf yolunda əzmlə irəliləyirik" – deyə, PAŞA Sığortanın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova vurğulayıb.

Qeyd edək ki, “Great Place to Work” mükafatı, dünya miqyasında iş yerlərindəki mükəmməlliyi qiymətləndirən və işçi məmnuniyyətini ön planda tutan qlobal bir proqramdır. Great Place To Work beynəlxalq qurum olmaqla 5 qitədə və 170-dən çox ölkədə fəaliyyət göstərir və Qurumun məqsədi insanlar üçün ən arzuolunan iş yerlərinin siyahısını müəyyən etməkdir. Mükafatın verilməsi üçün işçilərin anonim şəkildə sorğuda iştirak edərək, verdikləri cavablar əsas götürülür.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri