Icma.az
close
up
RU
AZAL sərnişinlərə müraciət edib

AZAL sərnişinlərə müraciət edib

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə müraciət edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, müraciətdə deyilir:

Səyahət planları hər zaman gözlənildiyi kimi davam etməyə bilər. Hava şəraiti, texniki, əməliyyat və digər səbəblər uçuş vaxtının dəyişməsinə, reysin gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Bu hallar sərnişinlərin planlarına təsir etdiyi kimi, aviaşirkət üçün də arzuolunmazdır. Belə vəziyyətlərdə əsas məqsəd sərnişinləri dəyişikliklər barədə mümkün qədər operativ məlumatlandırmaq və səfərin davam etdirilməsi üçün zəruri dəstəyi göstərməkdir.

Uçuşunuzda dəyişiklik baş verərsə, doğru məlumat mənbələrini, hansı xidmətlərdən yararlana biləcəyinizi və müxtəlif hallarda diqqət yetirilməli vacib məqamları bir araya topladıq.

Hava limanına vaxtında gəlin

Uçuşunuzun gecikdiyini əvvəlcədən öyrənmisinizsə, bu, qeydiyyat vaxtının da avtomatik olaraq dəyişdiyi demək deyil. Aviaşirkət tərəfindən fərqli məlumat verilmədiyi halda, ilkin uçuş vaxtını nəzərə alaraq hava limanına gəlmək və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq vacibdir.

Azərbaycan Hava Yolları sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlməyi tövsiyə edir. Bu, qeydiyyat, baqajın təhvili, təhlükəsizlik və digər uçuşöncəsi prosedurların rahat şəkildə tamamlanması üçün kifayət qədər vaxt ayırmağa, eyni zamanda uçuşla bağlı son məlumatları vaxtında əldə etməyə imkan verir.

Uçuş məlumatlarını mütəmadi izləyin

Uçuşunuzun aktual statusunu azal.az internet səhifəsi və AZAL mobil tətbiqindən, elektron poçt ünvanınızdan, hava limanındakı məlumat ekranlarından və səsləndirilən elanlardan izləyə bilərsiniz. Əlavə məlumat üçün Azərbaycan Hava Yollarının hava limanındakı nümayəndələrinə və məlumat masalarına müraciət etmək mümkündür.

Xüsusilə hava limanına yola düşməzdən əvvəl və gözləmə müddətində uçuş statusunu yenidən yoxlamaq son dəyişikliklərdən vaxtında xəbərdar olmağa kömək edir.

Dəyişiklik barədə sizə necə məlumat verilir?

Uçuş vaxtında dəyişiklik baş verdikdə sərnişinlə əlaqə yaratmaq üçün bron zamanı qeyd olunan məlumatlardan istifadə edilir. Dəyişikliklərlə bağlı bildirişlər mobil nömrənizə SMS və WhatsApp, həmçinin elektron poçt ünvanınıza e-mail vasitəsilə göndərilə bilər.

Bu səbəbdən bilet alarkən mobil nömrənizin və elektron poçt ünvanınızın düzgün qeyd olunmasına diqqət yetirin. Bilet agentlik vasitəsilə alınıbsa, bronunuzda məhz sizin əlaqə məlumatlarınızın göstərildiyini dəqiqləşdirmək də faydalıdır. Uçuşla bağlı dəyişiklik yarandıqda bilet üzrə mövcud imkanlar haqqında agentlikdən də məlumat əldə edə bilərsiniz.

Həmçinin uçuşunuzun statusu və ya baş vermiş dəyişikliklə bağlı əlavə məlumata ehtiyacınız olduqda Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq həmin anda mövcud olan məlumatları əldə edə bilərsiniz.

Reysiniz gecikirsə, hansı xidmətlərdən yararlana bilərsiniz?

Gecikmənin müddətindən asılı olaraq sərnişinlər üçün müxtəlif xidmətlər ödənişsiz təşkil olunur:

· 7 yaşına qədər uşağı olan sərnişinlər

Ana və uşaq otağından istifadə edə bilərlər.

· 2 saatdan çox gecikmə

Sərinləşdirici içkilər təqdim olunur, həmçinin 2 telefon zəngi etmək və ya 2 elektron məktub göndərmək imkanı yaradılır.

· 5 saatdan çox gecikmə

İsti yemək təqdim olunur. Gecikmə davam etdikdə isti yemək gündüz hər 6 saatdan, gecə isə hər 8 saatdan bir verilir.

· 8 saatdan çox gecikmə

Mehmanxanada yerləşdirmə, hava limanından mehmanxanaya və geriyə transfer, həmçinin baqajın saxlanılması təşkil olunur.

Reysin gecikdiyi inzibati ərazidə daimi yaşayan sərnişinlər mehmanxana ilə təmin olunmurlar. Təqdim olunan xidmətlər gecikmənin səbəbindən və tətbiq olunan daşıma qaydalarından asılı olaraq dəyişə bilər.

Gecikmə zamanı təqdim olunan yuxarıdakı xidmət və təminatlar beynəlxalq uçuşlar üçün nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Avqust 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see805

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see319

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see302

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see288

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see270

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see260

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see241

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see237

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see212

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see202

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see194

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see193

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see188

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see188

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see187

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see185

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see181

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see179

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see176

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri