Icma.az
close
up
RU
AZAL təyyarəsini vuran rus zabitinin etirafları SENSASİON MƏKTUB

AZAL təyyarəsini vuran rus zabitinin etirafları SENSASİON MƏKTUB

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus "Embraer E190" təyyarəsi ilə bağlı sensasion materiallardan ibarət anonim məktub üzə çıxıb.

Anonim məktubu “Minval” saytı dərc edib.

Məktubda hava hücumundan müdafiə bölməsinin kapitanının izahatı yer alır.

O, təyyarəyə atəş açılması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyini bildirir. Bundan əlavə, məktuba video və audioyazılar, habelə texnikanın yararsız vəziyyətdə olması ilə bağlı ətraflı məlumatlar əlavə olunub.

"Mənə ünvanlanan suallara əsasən bildirirəm ki, mən - kapitan Paladıçuk Dmitri Sergeyeviç, BM №274-ün komandiri, hesablamanın rəisi, 24.12.24-dən 25.12.24-ə qədər Qroznı şəhərinin hava hücumlarından müdafiəsi üzrə döyüş növbəsində olmuşam. 08:11-də hədəf aşkar edən stansiya tərəfindən mümkün hədəf müəyyən edildi və mən onu dəqiq izləməyə götürdüm, bu barədə 51-ci diviziyanın komanda məntəqəsinə məlumat verdim. 08:13-də koordinatları yeniləyərək bildirdim: α = 338 dərəcə, məsafə = 7000 m, hündürlük = 490 m, sürət = 118 m/s, istiqamət = 230 dərəcə.

Mənə telefon vasitəsilə hədəfi məhv etmək əmri verildi. Hədəf optik sistemdə görünmürdü - çox sıx duman səbəbindən, bu barədə də məruzə edilmişdi. 08:13:30-da operatora atəş açmaq əmri verdim. 08:13:33-də raket buraxıldı. 08:13:47-də BM-72V6 sistemi hədəfin buraxıldığı barədə bildiriş verdi. 08:13:48-də təkrar atəş açmaq əmri verdim. MRL sisteminə əsasən, birinci raket buraxılarkən hədəfin koordinatları belə idi: α = 319 dərəcə, məsafə = 7300 m, hündürlük = 697 m, sürət = 80 m/s. İkinci raket hədəfin aşağıdakı göstəriciləri zamanı buraxıldı: α = 311 dərəcə, məsafə = 8000 m, hündürlük = 1300 m, sürət = 120 m/s" - deyə izahat məktubunda qeyd olunur.

Eyni zamanda, “Minval” redaksiyası qeyd edir:

"Biz bu məktubun həqiqi olduğunu iddia etmirik, baxmayaraq ki, sənəd kapitanın imzası ilə təsdiqlənib. Lakin onun mövcudluq faktı, habelə bu sənədin artıq yarım ildir davam edən istintaq və bütövlükdə cəmiyyət üçün əhəmiyyəti onu dərc etməyə bizi vadar edir. Üstəlik, əldə edilən məlumatlar Azərbaycan Respublikasının hadisənin araşdırılması ilə məşğul olan müvafiq orqanları üçün də mühüm mənbə ola bilər. Üç səsli mesajdan ibarət audioyazı isə məktubun məzmununu təsdiqləyən real sübut kimi təqdim olunur. Danışıqların tam deşifrə versiyasını vermirik - bu iş istintaq orqanlarının səlahiyyətindədir. Lakin onu deyə bilərik ki, hər üç səs mesajında əmrin verildiyi, iki dəfə atəş açıldığı və raket parçalarının təyyarəni zədələdiyi bildirilir. Aydındır ki, bu məlumatların ciddi şəkildə araşdırılmasına ehtiyac var və müvafiq strukturlar bu imkanı əldən verməyəcəklər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyul 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri