Icma.az
close
up
RU
AZALın təyyarəsi ilə bağlı hesabat üç ildən gec olmayaraq təsdiqlənəcək

AZALın təyyarəsi ilə bağlı hesabat üç ildən gec olmayaraq təsdiqlənəcək

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı həyata keçirilir. Qazaxıstan 27 iyul 2017-ci il tarixli, No 505. Sərəncamın 32-ci bəndinə uyğun olaraq, insan tələfatı ilə nəticələnən aviasiya qəzasının təhqiqatının müddəti komissiya yaradıldığı andan təsdiq edildiyi günə qədər Qəzanın təhqiqatının nəticələrinə dair yekun hesabat, bir qayda olaraq, əlavə araşdırma tələb olunmadığı halda, 36 aydan çox deyil”, - nazirlikdən bildirilib.

İstintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev 2024-cü il dekabrın 30-da "Kazinform" agentliyinə müsahibəsində bildirib ki, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.

Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri