Onlar da doğma yurdlarına qayıdır Foto
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə 1 ailə - 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər, Xocavənd şəhərinə 7 ailə - 30 nəfər, Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə - 71 nəfər köçürülüb.
Ağdərə rayonunun Vəngli, Çıldıran, Kolatağ və Heyvalı kəndləri, Xocalı rayonunun Badara, Xanyurdu və Xanabad kəndləri, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.





Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 27 Noyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















