Icma.az
close
up
RU
AZANS “Airspace World 2025” sərgisindəki yekunlarını elan etdi

AZANS “Airspace World 2025” sərgisindəki yekunlarını elan etdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi CANSO-nun “Airspace World 2025” sərgisində iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, AZANS-ın bu tədbirdə iştirakı Azərbaycanın qlobal aeronaviqasiya sahəsində mövqeyinin möhkəmlənməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişlənməsinə və hava hərəkətinin idarə olunması sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verib.

Sərgi 13–15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilib və hava məkanının idarə olunmasının gələcək inkişaf istiqamətlərini müzakirə etmək məqsədilə qlobal aviasiya sənayesinin liderlərini, innovasiya mütəxəssislərini və qərarverici şəxsləri bir araya gətirən dünyanın aparıcı tədbirlərindən biridir. Tədbirdə beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi, yeni texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyası diqqət mərkəzində olub. Sərgidə 200 şirkət, 110-dan çox ölkəni təmsil edən nümayəndələr və 10 000-dən artıq beynəlxalq ziyarətçi iştrak edib.

“Airspace World 2025”də AZANS öz stendində Azərbaycanın hava məkanının Şərqlə Qərb arasında təhlükəsiz, səmərəli və getdikcə daha əhəmiyyətli nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətini vurğulayıb. Həmçinin AZANS modernləşdirmə proqramları, ekoloji layihələr və regionda, eləcə də qlobal səviyyədə əlaqələndirmə imkanlarının inkişafı ilə bağlı planlarını bölüşüb.

Üç gün ərzində AZANS bir sıra beynəlxalq aeronaviqasiya xidməti təminatçıları ilə yüksəksəviyyəli görüşlər keçirib. Bu görüşlərə Böyük Britaniyanın NATS şirkəti, Almaniyanın “DFS Deutsche Flugsicherung”, Birləşmiş Ərəb Əmirliklərinin GCAA qurumu, həmçinin CANSO-nun  (Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı)  üzvləri və “ACI World” (“Airports Council International”) qatılıb. Danışıqlar zamanı AZANS-ın beynəlxalq əməkdaşlıq və bilik mübadiləsinə sadiqliyi bir daha nümayiş etdirilib.

Sərgi çərçivəsində diqqətçəkən mühüm məqamlardan biri hava hərəkətinin idarə edilməsi sahəsində nüfuzlu beynəlxalq mükafat hesab olunan “ATM Awards 2024” nominasiyasında AZANS-ın “Collaboration and Community” kateqoriyası üzrə yüksək nəticə əldə etməsi olub. AZANS bu mükafatı “Green Aviation Insights” (GAIN) layihəsi çərçivəsində qazanıb. Layihə Böyük Britaniyanın NATS, Azərbaycanın AZANS, Malayziyanın CAAM və Belçikanın "skeyes" təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir və bu kateqoriyada ən yaxşı təşəbbüslərdən biri olaraq seçilib.

Bundan əlavə, AZANS INDRA, “Aireon”, ADB SAFEGATE, SITA, “Searidge Technologies”, UFA, “NG Aviation” və ERA kimi aparıcı qlobal texnologiya şirkətləri ilə görüşlər keçirərək müasir müşahidə, rabitə və rəqəmsal sistemlərin inteqrasiyası mövzusunda fikir mübadiləsi aparıb.

Bu müzakirələr AZANS-ın hava hərəkətinin idarə olunması üzrə Azərbaycanın infrastrukturunu qabaqcıl beynəlxalq təcrübələr əsasında modernləşdirmək strategiyasının mühüm tərkib hissəsidir.

Həmçinin AZANS sərgi çərçivəsində iki əsas regional koordinasiya iclası keçirib. Bunlardan birincisi Mərkəzi Asiya və Türkiyə üzrə aeronaviqasiya qurumlarının rəhbərlikləri, digəri isə AZANS və Türkiyənin DHMİ idarəsi tərəfindən birgə təsis edilən SOCEA-nın (Avropa və Asiya Aeronaviqasiya Təminatçıları üçün Regional Aeronaviqasiya Təhlükəsizlik Platforması) icraçı direktorlar arasında görüş olub. Hər iki tədbirdə regional inteqrasiya, sərhədlərarası əməkdaşlıq, rəqəmsal transformasiya və hava məkanında təhlükəsizliyin artırılması mövzuları müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri