Azarkeşlər meydana axışdı, yaralananlar var Video
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Bavariya" - "Real" matçının sonu xoşagəlməz hadisə ilə yadda qalıb.
QOL.az xəbər verir ki, görüşün sonlarında vurulan qoldan sonra azarkeşlərin meydana axışması nəticəsində bir neçə fotoqraf xəsarət alıb. Maykl Olisenin həlledici qolundan (4:3) sonra tribunalardan enən tərəfdarlar "Alyans Arena"nın meydanına daxil olaraq futbolçularla birlikdə sevinmək istəyiblər.
Bu zaman izdihamda qalan "Reuters" agentliyinin fotoqrafı Kay Oliver Pfaffenbax tapdalanaraq huşunu itirib. O, hadisə zamanı bədənində ciddi ağrılar və əziklər yarandığını bildirib.
Məlumata görə, hadisə yerinə dərhal tibbi personal cəlb olunub və fotoqrafa ilkin yardım göstərilib. İzdiham zamanı daha bir fotoqrafın da xəsarət aldığı qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Aprel 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















