İsrail artıq varlı ölkədir, bizdən silah ala bilər Rubio
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Dövlət Katibi Marko Rubio ölkəsinin artıq İsrailə maliyyə yardımı göstərməsinə ehtiyac olmadığını bəyan edib.
Turkustan.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən G7 ölkələrinin Xarici İşlər Nazirləri görüşündən sonra jurnalistlərə açıqlama verən Rubio gündəlikdəki mühüm məsələlərə toxunub.
Dövlət katibi vurğulayıb ki, Vaşinqton Təl-Əvivlə münasibətlərdə yeni formata keçməyi planlaşdırır:
"Prezident Donald Trampın gözləntisi odur ki, İsrail artıq kifayət qədər rifah və sərvət səviyyəsinə çatıb. Bu səbəbdən də tərəflər 'satış' modelinə keçə bilərlər. Onlar bizdən silah satın ala bilərlər, lakin bizim artıq pulsuz maliyyələşdirməyə ehtiyacımız yoxdur. Əslində, bu addım İsrail tərəfinin özü tərəfindən bizə təklif olunub".
Rubio bildirib ki, hazırda ABŞ və İsrail yeni anlaşma memorandumu üzərində danışıqlar aparır. O, həmçinin İsrailin özünün də hərbi müdafiə sənayesinə və silah istehsalına malik olduğunu xatırladaraq, gələcəkdə bəzi sahələrdə birgə istehsal modelinə keçə biləcəklərini də qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Noyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















