Icma.az
close
up
RU
Azarkeşlər nə edirlərsə, düzgün edirlər Samir Abasov

Azarkeşlər nə edirlərsə, düzgün edirlər Samir Abasov

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Xalqımızı "Zəfər Günü" münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün o qədər möhtəşəm gündür ki, Azərbaycanın hər yerində qeyd olunur".

Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 13-cü turunda doğma meydanlarında "Şamaxı" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, oyunla bağlı fikirlərini bölüşüb: "Çox çətindir nəsə demək. Birinci günlərlə müqaysiədə, get-gedə komandada nə problemlər var, hansı yöndə işləməliyik, bunlar daha çox görünür. Hara gəldiyimizi də bilirik, hansı problemlərlə üzləşəcəyik, onu dərk edib gəlmişik. İndi bir çıxış yolumuz var ki, dayanmadan işləmək lazımdır. Bu cür stressi geridə qoymalıyıq. Pozitiv bir şey axtarıb, yeni bir iş tapmalıyıq. Yeni oyunçuların çıxması, digərlərinin inkişafı. Bu gün oyun barəsində danışsaq, şəxslər üzərində də dursaq, Murad Məmmədovu qeyd edərdim. Təbrik edirəm. Yaxşı başladı. İkinci hissədə çəkdiyimiz bəla Muradda da sezilməyə başladı. Tempdən düşdü.

Bu gün biz "Neftçi" olaraq oyunların tempinə hələ ki, tab gətirə bilmirik. Bu, bizim görülən problemimizdir. Çalışacağıq. Milli fasilə var. Bəlkə, bizə kömək oldu. Mən gələndən sonra analiz etsək, ikinci hissədə hücum qurmaqda nə qədər əziyyət çəkirik. İşləyəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək. Edə bilsək, təbii ki. Matçdan əvvəl uşaqlara dedim ki, siz oyununuzdan həzz alsanız, aqressiv, templi oynasanız....Futboldur, rəqib standart vəziyyətlərdən qol vura bilər. Problemlər oyundan-oyuna daha da görünür. Çalışacağıq ki, rotasiyalar edə-edə, nələrsə fikirləşərək yaxşı vəziyyətə gələk".

Mütəxəssis "İlk hissədə hesab 2:0 olanda, Dembo Darbo qapıya zərbə əvəzinə ötürmə etdi. Ofsayd vəziyyətindən sonra isə gülürdü. Bu, oyunun qırılma anı idi?" sualına belə cavab verib: "Epizoda uzaqdan baxırıq. Analiz etməliyik ki, nəsə fikir bildirək. Bəzi hallarda futbolçunu pas vermədiyinə görə qınayırsan. Gülümsəməyinə gəldikdə, burada neqativ axtarmıram. Hesab da 2:0 idi. Rahatlıq var idi bir az. Çox əziyyət çəkdiyimiz məqamlar, kiminsə qol vurması yox, son nöqtələrdə futbolçuların verdiyi qərarlardır. Problemlər üzə çıxır. Bəlkə də, Darbo vursaydı, daha rahat olardıq".

S. Abasov uğursuzluğun səbəblərindən danışmaq yox, onları aradan qaldırmağa çalışdığını qeyd edib: "Rotasiyalar edə-edə daha hazır olanları meydana buraxaraq, komandanı balansa gətirmək lazımdır. Məşqlərdə də nəticələrə baxırıq. Biz bilməliyik ki, bura yaxşı olsaydı, məşqçini dəyişib başqasını gətirməzdilər. Təkcə "Neftçi"də deyil, hər klubda belədir. Nələrsə, yaxşı deyil ki, dəyişiklik olur. Amma mən bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm. İnanın ki, mənim şikayətlərim azarkeşlərə maraqlı da deyil. Məni bura komandanı bu situasiyadan çıxarmaq üçün gətiriblər. Bu haqda danışmıram.

Mənə irad bildirirlər ki, niyə danışmırsan? Mənim işim camaata nəyisə çatdırmaq deyil. Mənim işim situasiyadan çıxmaqdır. Problemlər var. Buradayamsa, mən həll etməliyəm. Kluba, azarkeşlərə bu şikayətlər maraqlı deyil. İnsanlar haqlı olaraq bu vəziyyətdən çıxmağımızı istəyirlər. Mən də deyirəm ki, görəcək işlərimiz həddindən artıq çoxdur. Oyunda hamı tərəfdən görünən problemlər var.Amma bunların səbəblərindən danışmaq düzgün çıxmaq. Etik deyil. Etik olsa da, "Neftçi" camiəsi üçün maraqlı deyil. Bunu anlayıram. Ona görə də bunun üzərində durmaq istəmirəm".

O, futbolçusu Yeqor Boqomolskinin oyunundan söz açıb: "Ümidləri doğrultmaqdan söhbət getmir. 90 dəqiqə oynasaydı da, məşqçi üçün göstərici deyil ki, onun haqda qərar verək. Ümumi analiz etsək, Boqomolski girdiyi təhlükəli epizodlar filan, ritmdən düşmüş Darbodan daha yaxşı idi. Bir-iki epizodda düzgün qərar versəydi, qol olardı. Biz nə istəyirik? Kimsə yorulubsa, tapşırıqları yerinə yetirmirsə, onu bir nəfərlə əvəzləməlisən. Boqomolski Darboya baxanda daha önə qaçan futbolçulardandır".

Mütəxəssis azarkeşlərinin narazlığından da danışıb: "Burada olan azarkeşlər də, olmayanlar da, nə danışırlarsa, deyirlərsə nəsə axtarmaq günahdır. Kiminsə düz və ya səhv deməsini axtarmaq belə günahdır. Bizim vəziyyətimizdə, neçə oyun qazana bilməyən komandanın baş məşqçisi kimi nə danışa bilərəm? Hansısa azarkeşimizə nə etiraz etmək ixtiyarımız var? Və ya futbolçular onlara nə deyə bilər? Hamısı özünə görə haqlıdır. Bu vəziyyətdə azarkeşlər nə edirlərsə, düzgün edirlər".

S. Abasov komandaya gəldikdən əvvəl futbolçulardan məlumatı olmadığını qeyd edib: "Çiynimizə yük olsun ki, o durumdan çıxaq. Uda bilmirik hələ ki. "Sumqayıt"da baş məşqçi olanda, "Neftçi"nin içində deyildim, oyunçular haqda informasiyam yox idi. Burada baş məşqçinin istəyilə yığılan futbolçulardır. Mən dediklərim heç kimə maraqlı deyil. Əsas odur ki, vəziyyətdən çıxa bilək".

O, "Neftçi"nin yetirməsi və bu gün 1 qol və 1 qolun ötürməsi ilə yadda qalan Murad Məmmədovdan danışıb: "Muradda öz yaşına görə ən yaxşı xüsusiyyət odur ki, çox futbol istəyi var. Oynamaq istəyir, aqressivdir. Belə futbolçular tez inkişaf edir. Bu xüsusiyyət ona inkişaf etməkdə təkan olacaq. Heç nədən çəkinmir. Murad oynadığı birinci hissədə yaxşı işlər gördü. Onun tərəfdən qapımıza da hücumlar getdi. Murad oynaya-oynaya artırmalıdır. Akademiyamızın futbolçusudur. Heç olmasa indiki situasiyada o cür futbolçular qazanarıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Noyabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri