Icma.az
close
up
RU
Azarkeşlərə lazım olmayan ölkə çempionatı: “Turan Tovuz” və “Sumqayıt” yarışı xilas etməyə çalışır

Azarkeşlərə lazım olmayan ölkə çempionatı: “Turan Tovuz” və “Sumqayıt” yarışı xilas etməyə çalışır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkənin futbol üzrə güclülər dəstəsi sayılan Premyer Liqada komandaların əksəri ya hüquqi, ya da faktiki olaraq bölgə təmsilçisi deyil. “Neftçi”, “Sabah”, “Səbail” və “Zirə” rəsmi olaraq paytaxt klubu sayılırlar. “Sumqayıt”la bağlı məsələ aydındır. “Qarabağ” əvvəllər bir müddət ev oyunlarını Quzanlıda keçirib, amma çoxdandır bunun üçün Bakıdan uzağa getmir. “Araz-Naxçıvan”ın əminliklə Naxçıvanı təmsil etmədiyini demək olar. Çünki bütün oyunlar paytaxtda keçirilir və doğma yerlərə qayıtmaq müzakirə olunmur. Naxçıvan stadionu tamamilə yararsız vəziyyətdədir. Üstəlik, orada heç bir iş aparılmır.

Bizimyol.info xəbər verir ki, Premyer Liqada faktiki cəmi üç bölgə komandası var. “Turan Tovuz”a heç bir irad bildirmək olmaz. Azarkeşlər də komandaya sahib çıxır. “Kəpəz” stadionsuz qalıb, bunun üçün Tovuza üz tutmalı olur. “Şamaxı” bir tərəfdən həm bölgə komandasıdır, digər yandan da yox. Çünki klub əvvəllər Bakını təmsil etmiş “İnter”in (sonradan “Keşlə”) bazasında yaradılıb. Şamaxıda azarkeş dəstəyi də böyük olmur. Yəni Bakı komandasını Şamaxıya bölgə təmsilçilərinin sayını artırmaq məqsədilə göndəriblər.

Çempionatın son iki turundakı azarkeş sayını, sadəcə, rüsvayçılıq adlandırmaq mümkündür. Baş tutan 10 oyunda azarkeş sayını sizə təqdim edirik:

“Neftçi” – “Sumqayıt” (200)

“Araz-Naxçıvan” – “Səbail” (70)

“Qarabağ” – “Sabah” (500)

“Şamaxı” – “Turan Tovuz” (600)

“Zirə” – “Kəpəz” (100)

“Sumqayıt” – “Qarabağ” (1500)

“Turan-Tovuz” – “Zirə” (4500)

“Sabah” – “Araz-Naxçıvan” (550)

“Kəpəz” – “Neftçi” (750)

“Səbail” – “Şamaxı” (150)

10 oyunda tribunalara cəmi 8920 azarkeş toplaşıb. Yəni bir oyunda görmək istədiyimiz qədər futbolsevər. Azarkeşlər açıq-aşkar çempionata maraq göstərmir. Premyer Liqanı daha çox “Turan Tovuz”, müəyyən qədər də “Sumqayıt” xilas etməyə çalışır. Məhz bu komandaların azarkeşləri tribunaları boş qoymur. Hətta “Qarabağ”ın, “Neftçi”nin ev oyunlarında da say 4 rəqəmlə ifadə olunmur.

“Araz-Naxçıvan” – “Səbail” qarşılaşmasındakı göstərici isə hər iki komandaya verilən qiymətdir. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan klubun oyununa necə 70 azarkeş gələ bilər? “Araz-Naxçıvan” haranı təmsil edir, kimə lazımdır? “Səbail”ə də elə ilk gündən sahib çıxan yoxdur.

İndi ümid ona qalır ki, gələn mövsümdən yüksək liqada aşağı divizionda liderlər qrupunda yer almış “Karvan” (Yevlax), “Qəbələ”, “İmişli” kimi bölgə təmsilçiləri oynayacaq. Məhz bu klubların sayəsində azarkeş sayında artım ola bilər.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri