Azdrama dan insidentlə bağlı AÇIQLAMA
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəyaxa dava baş verib.
Belə ki, Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar. Hətta Xalq artisti Əli Nur baş verən hadisə ilə bağlı prokurorluğa şikayət edib. Hadisə araşdırılır.
Olayla bağlı Xalq artisti ilə əlaqə saxlasaq da, o, zənglərə cavab vermədi. Musavat.com-a açıqlama verən "Azdrama"nın mətbuat katibi Cavid Zeynallı isə bildirdi ki, mübahisə yaradıcılıqla bağlı olub:
"Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb.
Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Yəni yaradıcılıqla bağlı. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır, hüquq-mühafizə orqanına müraciət faktı qeydə alınmayıb".


