Baş Prokurorluqda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əməkdaşları üçün antikorrupsiya təlimi keçirilib
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasının 2022–2026-cı illəri əhatə edən Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası çərçivəsində mayın 26-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumların əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təlimçi qismində iştirak etdiyi təlimin məqsədi korrupsiyanın qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin gücləndirilməsi, dövlət qurumları arasında əməkdaşlığın artırılması və preventiv mexanizmlərin tətbiqinin təşviq olunması olub.
Prokurorluqdan bildirilib ki, tədbirdə korrupsiya anlayışı, onun ictimai təsirləri, hüquqi məsuliyyət və qabaqlayıcı tədbirlər haqqında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Təlim çərçivəsində, həmçinin Nazirliyin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb və qonaqlar Baş Prokurorluğun inzibati binasında yaradılmış şərait, tarixi-memorial qalereya, kitabxana, istintaq otaqları və kriminalistika texnikası ilə tanış olublar.
Baxış sayı:75
Bu xəbər 02 İyun 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















