Icma.az
close
up
RU
Azər Bağırov: “İstədiyimiz futbolçular var”

Azər Bağırov: “İstədiyimiz futbolçular var”

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” matçından (5:2) sonra ev sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

“Xırda anlaşmazlığa görə Tovuz azarkeşlərin üzr istəyirəm. Çətin oyun oldu. Rəqibin müdafiəçilərinin olmamasası bizim üstünlüyümüz idi. Bir də belə fürsət əlimizə düşməyə bilərdi. Uşaqları matça yaxşı kökləmişdik. Son dəqiqəyə qədər mübarizə apardıq, komanda istədiklərimizi həyata keçirdi”.

- Bunun davamını "Səbail"lə matçda gətirmək olacaq?
- Onu zaman göstərəcək. Son matçlarda komanda yaxşı, mübariz oyun göstərir. Futbolçular nələri istədiyimizi artıq bilirlər. Mübarizə aparmaq və səhvləri minimuma endirmək lazımdır. Artıq nəsə etmirik.

- Bu qələbə futbolçuların uğurudur, yoxsa gələcəyi gözlənilən sponsorun ayaq səsləridir?
- Uşaqların uğurudur. Nə qədər sponsor və məşqçi gəlsə, meydanda tapşırıqları icra edənlər futbolçulardır. Əsl uğur onlarındır.

-  Hansı mövqelərə transferlər olacaq?
-  İstədiyimiz futbolçular var. Qışda kiminsə adını yüz faiz çəkmək mümkün deyil. Maltalı futbolçu ilə bağlı xəbərlər var idi. Onun yolunu gözləyirik. Elə şeylər var ki, açıqlayanda alınmamaq ehtimalı olur.

- "Səbail"in dünənki qələbəsi komandanızı oynadırdı?
-  Biz öz oyunumuza baxırıq. O barədə heç nə danışmamışdıq. Sədəcə olaraq komandanı oyundan-oyuna hazırlamağa çalışırıq.
- Turan Manafovun hazırkı durumunu necə dəyərləndirirsiniz?
-  Pis oynadı və ya yaxşı oynadı deyə bilmərəm. Qollarımızı vurdu. Turan çox çalışmalıdır, potensiallı oyunçudur. Daha inamlı, daha iradəli olmalıdır. Azərbaycanda sol ayaqlı ən yaxşı futbolçulardan biridir. Sadəcə daha çox işləməlidir.

"Turan Tovuz" "Kəpəz"dən "5" aldı - YENİLƏNİB Santuşu təəccübləndirən “Sumqayıt”ın gənc futbolçusu - VİDEO "Baku Fire" iki braziliyalı futzalçı ilə anlaşıb Azərbaycan çempionatı dünyada 36-cı pillədə “Səbail”dən 200-cü qol
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 Yanvar 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri