Çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacağıq Azər Bağırov
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Kəpəz"in baş məşqçisi Azər Bağırov "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları yoxlama oyunu haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis futbolçularının yaxşı mübarizə apardığını deyib:
Azər Bağırovun açıqlamaları: "Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardılar. Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq. Akademiyadan da 5 oyunçunu yoxlamaq imkanımız oldu. Yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə onlardan da əsas komandaya namizədlər olacaq. Veysəl Rzayev də ilk oyununa çıxdı və yaxşı təsir bağışladı. Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır. İki hissəli oyunda ilk onbirliyimizi meydana buraxmadıq. Fərqli hissələrdə təzyiq altında oynamalarını istədim. Əsas odur ki, zədəsiz, itkisiz matçı başa vurduq. Bir həftədir ki, məşqlərə başlamışıq. İnanıram ki, çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 10 Yanvar 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















