Azər Bağırovdan ayrılıq iddialarına cavab
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"İmişli" ilə oyuna maksimum şəkildə hazırlaşırıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis heyətdə bəzi itkilərin olduğunu söyləyib:
"Heyətdə bəzi itkilərimiz var. Son oyunlardakı məğlubiyyətləri futbolçular yaxşı dərk edirlər. Düşünürəm ki, bunun qarşılığında keyfiyyətli oyun sərgiləyəcəklər".
O, son günlərdə komandadan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib:
"Komandadakı taleyimlə bağlı klub rəhbərliyi ilə görüşlərimiz olub. Bəzi məsələlər üzrə danışmışıq. Ümid edirəm ki, növbəti mövsümdə "Kəpəz"in tarixində yeni səhifə açılar və azarkeşlərimiz buna sevinər. Onlar komandalarını daim yüksəkdə görməyə layiqdirlər".
Qeyd edək ki, "Kəpəz" növbəti turda "İmişli"ni qəbul edəcək. Matç aprelin 19-u, saat 15:30-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 Aprel 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















