Icma.az
close
up
RU
Azər Əmiraslanov: Sahibkarlığın inkişaf etdirilməsi iqtisadi strategiyamızın əsas hədəflərindəndir

Azər Əmiraslanov: Sahibkarlığın inkişaf etdirilməsi iqtisadi strategiyamızın əsas hədəflərindəndir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan sahibkarları suverenliyimizin, müstəqilliyimizin iqtisadi əsaslarının möhkəmlənməsinə bundan sonra da öz töhfəsini verəcək. Sahibkarlığın inkişaf etdirilməsi və dəstəklənməsi iqtisadi strategiyamızın əsas hədəflərindəndir və dövlət siyasətidir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sahibkarlıq sektoru dövlətin iqtisadi şaxələndirmə, dayanıqlı iqtisadiyyat hədəflərini dəstəkləyir və iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadır.

“Bildiyimiz kimi, ölkəmizdə iqtisadi siyasətlə sosial siyasətin əlaqələndirilməsi, iqtisadi inkişafla sosial inkişafın bir-birini tamamlaması Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş təməl prinsiplərdən biridir. Konstitusiyamızda da vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi qeyd edilib. Bu gün iqtisadi inkişafın lokomotivi qeyri-dövlət sektoru olduğuna görə o həm də sosial missiyanı yerinə yetirir. Belə ki, 2024-cü ilin ilkin statistik məlumatlarına əsasən qeyri-dövlət sektorunun əməkhaqqı fondunda payı 51 faiz, məşğul əhalinin strukturunda payı 79,1 faiz, yeni yaradılan iş yerlərində payı 91,6 faiz təşkil edir. Bu sahibkarlıq sektorunun sosial inkişafa töhfəsinin statistik rəqəmlərdə konkret ifadəsidir”, - deyə Azər Əmiraslanov vurğulayıb.

Komitə sədri onu da əlavə edib ki, ölkəmizdə dövlət-özəl tərəfdaşlığı mexanizminin tətbiqinə başlanılması dövlətin sahibkarları tərəf müqabili kimi dəyərləndirməsindən, onlara güvənməsindən irəli gəlir: “Milli iqtisadiyyatın inkişafında, dayanıqlı iqtisadi artımın təmin edilməsində, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində, sosial problemlərin həllində dövlətimizin sahibkarlardan gözləntiləri olduğu kimi, sahibkarların da dövlətdən – aidiyyəti qurumlardan, məmurlardan, millət vəkillərindən gözləntiləri var. Bir çox hallarda bu gözləntilər, sahibkarlar tərəfindən qaldırılan məsələlər, təşəbbüslər onların sosial-iqtisadi problemlərin həllinə töhfə vermək istəyindən irəli gəlir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri