Icma.az
close
up
RU
Azər Həsrət: “Mən Fəzail Ağamalının yerində olsaydım...”

Azər Həsrət: “Mən Fəzail Ağamalının yerində olsaydım...”

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Düşünərdim ki, qızım deputatdır, qoy, oğlum da partiya sədri olsun”


“Ağsaqqallıq etmək, məsələni ailə içində çözərək cəmiyyətə təqdim etmək daha doğru olardı. Əksi olduğuna görə, biabırçılıqlar yaşandı”

Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən qurultayında qalmaqal baş verib. Qalmaqal partiya sədri, keçmiş millət vəkili Fəzail Ağamalının iki övladı - deputat qızı Günay Ağamalı və oğlu Elçin Ağamalının rəhbərliyə namizədliyini irəli sürməsi nəticəsində yaşanıb. Hazırkı sədr Fəzail Ağamalı Günay Ağamalının namizədliyini dəstəkləyib. Elçin Ağamalı isə qurultay iştirakçılarının ona səs verdiyini bildirib. Bundan sonra tərəflər arasında gərginlik yaşanıb. F.Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, qurultayın əvvəlində istefa verdiyini açıqlayıb. 


Gərginlikdən sonra deputat Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb: 

"Dəyərli media mənsubları, hər birinizdən Ana Vətən Partiyasının növbədənkənar IX qurultayı ilə bağlı mətbuatda gedən dezinformasiyalara inanmamağa və əhəmiyyət verməməyi rica edirəm. Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı. Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcək". 


Qurultayda xoşagəlməz hadisələrdən təəssüfləndiyini deyən Fəzail Ağamalı bildirib ki, əslində, qurultay gündəlikdə olan məsələlərin normal müzakirəsi ilə başlayıb. Sədrliyə namizədlərin irəli sürülməsi məsələsində isə ciddi, xoşagəlməz vəziyyət yaranıb: 

"Namizəd Elçin Ağamalı tərəfindən digər namizədlərin hüquqları pozulduğuna, qurultayın atmosferi xoşagəlməz istiqamətdə davam etdiyinə görə, qeyri-müəyyən vaxta qədər fasilə elan etdim. Hazırda mən partiyanın sədri olaraq qalıram, istefa vermədiyimə görə, kiminsə o cümlədən Elçin Ağamalının özünü sədr elan etməsi tamamilə əsassızdır. Kiminsə yeni sədr seçilməsi üçün ilk növbədə mənim partiya sədrliyindən istefam səsə qoyulmalı və təsdiq edilməli idi". Sabiq deputat oğlu Elçin Ağamalının öz ambissiyalarını idarə edə bilməyən bir şəxs olduğunu da vurğulayıb. 


Elçin Ağamalı isə bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb. Ancaq E.Ağamalı baş verənlərin ailə məsələsi kimi şərh edilməməsini söyləyib: 

"Bu siyasi prosesdir. Yayılan görüntülərdən də aydın olur ki, mən qurultay nümayəndələrinin istəyi ilə partiya sədrliyinə namizədliyimi irəli sürürəm. Məni dəstəkləyən insanların təklifini geri çevirə bilməzdim. Ona görə də, biz bu gündən verilmiş siyasi qərar üzərindən hüquqi müstəvidə işlərə başlayacayıq. Qurultayın sənədləri, protokolu və buna uyğun bütün materialları yaxın zamanda Ədliyyə Nazirliyinə təqdim edəcəyik. 

AVP-nin qurultayında yaşananlar ictimaiyyətdə rezonans doğurub. Bəziləri baş verənləri "demokratik proses" adlandırsa da, əksəriyyət olayları "ailə arasında partiya davası", yaxud "biabırçılıq" kimi dəyərləndiriblər.


Siyasi şərhçi Azər Həsrət Sherg.az-a  deyib ki, o, AVP sədri Fəzail Ağamalını uzun illərdir tanıyır. Ekspert vurğulayıb ki, F.Ağamalının milli-azadlıq hərəkatındakı yeri və rolu, sonrakı mərhələdə Ulu Öndər Heydər Əliyevin siyasətinin dəstəklənməsində tutduğu mövqe, Prezident İlham Əliyevə xidmətləri göz qabağındadır:

 "Əlbəttə, ağsaqqal partiya sədri uzun müddət deputat olmuş şəxs kimi fəaliyyəti dövründə hər zaman fəal olub. Ona görə də Fəzail Ağamalı partiyasında əldəyişdirmə mərhələsini də uyğun və ağrısız təşkil etməyi bacarmalı idi. Amma təəssüflər olsun ki, qurultayda bunu müşahidə etmədik. Partiyalarda sədrliklə bağlı problemlər, narazılıqlar ola bilər. Bu yaxınlarda Ədalət Partiyasının keçmiş sədri İlyas İsmayılovun dünyasını dəyişməsindən sonra partiya daxilində də bənzər hal yaşanmışdı. Amma Ədalət Partiyasında baş verənlər ailə içində deyildi, gərginlik partiya sədrliyinə iddialı şəxslər arasında idi. O baxımdan cəmiyyət həmin partiyada yaşananları sakit və normal qarşıladı. Çünki partiya sədrliyinə iddialı olmaq hüquqları var idi. Ancaq Ana Vətən Partiyasında konkret olaraq bir ailənin üç fərdi - ata, oğul və qızı arasında mübahisənin getməsi də həqiqətən də ayıb oldu. Şəxsən, mən baş verənlərdən məyus oldum. Üstəlik, düşündüm ki, belə təcrübəli bir adam niyə öz siyasi karyerasını belə biabırçılıqla bitirməliydi".


A.Həsrət əlavə edib ki, kimsə deyə bilər ki, baş verən hadisələr AVP-nin daxili işidir: 

"Bəli, daxili işləridir, qarışmağa haqqımız yoxdur. Amma nəzərə alaq ki, AVP Milli Məclisdə təmsil olunan partiyadır. Həmçinin, siyasi partiya demək, ölkədə hakimiyyətə iddia deməkdir. Hakimiyyətə iddia edirsənsə, cəmiyyətin fəal kəsimi sizi müzakirə edəcək. Buna qadağa qoymaq olmaz. Qurultaydakı hadisələrdə "demokratiya" deyə bir şey görmədik. Şəxsən özümü o vəziyyətdə görmək istəməzdim, utandım. Ona görə düşünürəm ki, ata, oğul və qızı bir araya gələrək bu məsələni hay-küysüz həll etməli, aralarında kompramis tapmalıdırlar. Cəmiyyətə yaxşı örnək təqdim edilməlidir. Məsələn, mən F.Ağamalının yerində olsaydım, düşünərdim ki, qızım deputatdır, qoy, oğlum da partiya sədri olsun. Hələ sağlığında övladları arasında belə qarşıdurmanın olması heç bir ata üçün xoş deyil. Ağsaqqallıq etmək, məsələni ailə içində çözərək cəmiyyətə təqdim etmək daha doğru olardı. Əksi olduğuna görə, biabırçılıqlar yaşandı. Amma yenə də gec deyil". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri