Icma.az
close
up
RU
Azər Məmmədov: “Əlimizdən gələni əsirgəməyəcəyik”

Azər Məmmədov: “Əlimizdən gələni əsirgəməyəcəyik”

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkatmasını dəyərləndirib.

Apasport.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlama verib.

- Bu gün ölkə kubokunun yeni mövsümünün püşkatmasında “Kəpəz”in bəxtinə 2-ci təsnifat mərhələsində “Baku Sportinq” düşüb. Püşkün nəticəsini "sarı-göylər" üçün necə dəyərləndirirsiniz?

- Püşkün nəticəsindən asılı olmayaraq, istənilən rəqibə qalib gəlməyə çalışacağıq. Kubok uğrunda yarışda bəzi futbolçulara, xüsusilə gənc oyunçulara forma geyinmək şansı verəcəyik. Bu turnirdə bacardığımız qədər irələmək niyyətindəyik.

- Çoxları komandanızın "Baku Sportinq"i asanlıqla keçəcəyini proqnozlaşdırır. Yəni, 1/8 finalda "Turan" - "Kəpəz" cütünün olacağını düşünürlər. Sizcə, 1/8 mərhələni adlamaq olarmı?

- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Öncə 2-ci təsnifat mərhələsində uğur qazanmaq lazımdır. Ötən illərlə müqayisədə I Liqanın səviyyəsi yüksəlib. Həmin çempionatda yaxşı komandalarımız var. Güclü rəqabətin mövcud olduğu yarış keçirilir. “Baku Sportinq” isə ötən mövsüm I Liqada 4-cü yeri tutub. Düşünürəm ki, “Baku Sportinq” asan rəqib deyil. Təbii ki, meydançaya qələbə üçün çıxacağıq. Rəqibimizi məğlub edib, 1/8 finala yüksəlməyə çalışacağıq.

- Kubokun finalının Gəncədə keçiriləcəyi xəbərini necə qarşıladınız?

- Bu xəbər məni çox sevindirdi. Fikrimcə, kubokun final matçının Gəncəyə salınması ən düzgün, ən yaxşı qərardır. Çünki Gəncə sakinləri futbolu çox sevirlər. Gəncəli azarkeşlər kubokun finalına rəng qatacaqlar, şəhərimizdə əsl futbol bayramı yaşanacaq.

- Gəncəli fanatların daha bir arzusu var: “Kəpəz"i kubokun finalında görmək. Necə düşünürsünüz, bu arzunu reallığa çevirmək nə dərəcədə mümkündür?

- Əlbəttə, mən də gəncəli azarkeşlərin bu arzusuna qoşuluram. Çox istərdim ki, doğma şəhərimizdə, doğma meydançamızda finala vəsiqə qazanan komandalardan biri “Kəpəz” olsun. Bundan ötrü əlimizdən gələn heç nəyi əsirgəməyəcəyik, maksimum gücümüzü ortaya qoyacağıq. İnşallah, nəyə nail olacağımızı zaman göstərəcək.

MOİK “Xankəndi”ni məğlub etdi “Neftçi”dən inamlı qələbə - YENİLƏNİB Gəncə derbisi baş tutacaq I Liqa: III tura yekun vurulub “Turan Tovuz”un qapıçısı Tacikistan millisində
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 Sentyabr 2026 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri