Azər Qasımlının işi: Deputatlığa keçmiş namizədlə 41 min dollarlıq mübahisə ÖZƏL
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Azər Qasımlının saxlanılmasına səbəb barəsində polisə edilən müraciətdir.
Azər Qasımlıya Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Vəkil Aqil Layıc öz Facebook səhifəsində Azər Qasımlının saxlanılması barədə yazıb:
"Azər Qasımlı alacağına görə iddia qaldırıb və xeyrinə məhkəmə qətnaməsi çıxmışdır ki, pul Azər Qasımlıya ödənilsin. İndi bu qətnamədə qeyd olunan cavabdeh iddia edir ki, Azər Qasımlı ona hədə gəlməklə, zor tətbiq etməklə pul tələb edib".
Görünüdüyü kimi, vəkil Azər Qasımlının Yusibov Qurbanəli Vidadi oğlu adlı vətəndaşın şikayəti əsasında saxlanıldığına işarə edir.
Bəs, həmin vətəndaş kimdir?
AzNews.az-ın açıq mənbələrdən əldə etdiyi məlumata görə, Qurbanəli Vidadi oğlu Yusibov 1987-ci ildə Mingəçevir şəhərində anadan olub.
O, 2004- cü ildə Mingəçevir şəhər 13 saylı orta məktəbi bitirib. 2004- 2008- ci illərdə Sumqayıt Dövlət Universitetində tarix fakültəsinin bakalavr, 2009- 2012- ci illərdə magistr pilləsində təhsil alıb.
2009-cu ildən onlayn media, xüsusilə sosial media sahəsində fəaliyyət göstərib.
2009-2012-ci illərdə Mingəçevir Turizm Kollecində tarix, politologiya, sosiologiya və fəlsəfə fənnlərindən dərs deyib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2016-cı ildən "Blockchain" texnologiyası və onlayn yatırımlar, xüsusilə kriptovalyutalar haqda araşdırmalar aparır, seminarlar keçir və konsultasiyalar verir.
"ONMA Line Consulting" şirkətinin təsisçisi və direktorudur.
O, 2020-ci ildə 47 saylı Mingəçevir seçki dairəsindən MM üzvlüyünə namizəd olub.
Q.Yusibov 2020-сi ildəki parlament seçkilərində Azər Qasımlı, Toğrul Vəliyev, Mehman Hüseynov, Ruslan İzzətli, Səməd Rəhimli, Baba Məmmədli, Elsever Seyidlə birgə "Hərəkət" Seçki Blokunda təmsil olunub.
Əməkdaşımızın Q.Yusibovla əlaqə yaratmaq cəhdi baş tutmayıb.
Baxış sayı:91
Bu xəbər 08 Dekabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















