Azerbaijan Ferroalloys Companynin gömrük qaydalarını pozduğu bildirilir
Icma.az bildirir, Pravda.az portalına istinadən.
"Azerbaijan Ferroalloys Company" MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.
Xəyal Quliyev

“Azerbaijan Ferroalloys Company”nin gömrük qaydalarını pozduğu bildirilir
09 Dekabr 2024 12:58
“Azerbaijan Ferroalloys Company”nin gömrük qaydalarını pozduğu bildirilir KONKRET
09 Dekabr 2024 11:03
Health Pharmın gömrük qaydalarını pozduğu bildirilir
03 Dekabr 2024 08:17
ABB Azerbaijan gömrük qaydalarını pozdu
18 Noyabr 2024 11:48
Carlsberg Azerbaijan gömrük qaydalarını pozmaqda ittiham edilir
05 Noyabr 2024 16:07

