Icma.az
close
up
RU
Naxçıvanda 10 nəfərə yaxın insanın qalıqları aşkarlandı FOTOLAR

Naxçıvanda 10 nəfərə yaxın insanın qalıqları aşkarlandı FOTOLAR

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaraba Gilanda arxeoloji qazıntı işləri aparılır.

News24.az APA-ya istinadla xəbər verir ki, ərazidəki tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gilan arxeoloji ekspedisiyası həyata keçirir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə müstəqilliyin bərpasından sonra ərazidə dəfələrlə araşdırma işləri aparılıb, abidə dərin tədqiqata cəlb olunub. Xaraba Gilan arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji tədqiqatların ən mühüm nəticələrindən biri kimi, Naxçıvanın ilkin orta əsrlər dövrü tarixinə aid tapıntıları aşkara çıxarılıb.

Bu barədə jurnalistlərə açıqlama verən Bəlul İbrahimli bildirib ki, hazırda ikinci memorial kompleksdə qazıntı işləri aparılır: “Birinci memorial kompleksdə 30-a qədər türbə var. Onların hamısı daşdan işlənmiş türbələrdir, hər birinin sərdabələri var. Sərdabələrdən yalnız ikisinin yuxarısı hissəsi bişmiş kərpicdən işlənilib. Türbələrin divarlarının kürsülüyü qalmasa da onları müqayisə edib təqribi hündürlüyünü deyə bilirik. Birinci memorial kompleksdəki türbələrdən biri 8 bucaqlıdır. Möminəxatun türbəsi isə 10 bucaqlıdır. Bu türbə də eynilə Möminəxatunda olan naxışlar, ornamentlər olub. Memarlar da təsdiq edir ki, bu abidə Əcəmi Əbubəkr oğlu tərəfindən işlənib. İkinci türbə kubşəkillidir. Çox maraqlı məqam ondan ibarətdir ki, Xaraba Gilan ərazisindəki türbələrdən təkcə biri qülləvaridir. Bilirsiniz, memarlar arasında belə fikir var ki, Azərbaycanda, Cənubi Qafqazda, Urmiya ətrafındakı memorial türbələrin əksəriyyəti qülləvaridir. Ancaq Xaraba Gilanda aparılan tədqiqatlar göstərir ki, bu ərazidə yerləşən 40-a qədər türbədən yalnız biri bu tiplidir”.

Bəhlul İbrahimli qeyd edib ki, mənbələrdə Nəsrəddin Tusinin atasının əslən buralı olduğu deyilir: “Alimin atası “Cəhrudi” ləqəbi ilə tanınıb, Cəhridən olduğu bildirilir. Sadəcə Tus şəhərinə oxumağa gedib və qayıdanda da bu ərazidə yaşayıb, burada torpaqları olub”.

AMEA Antropologiya şöbəsinin elmi işçisi Ülkər Allahverdiyeva qeyd edib ki, burada apardıqları tədqiqatlar nəticəsində sərdabənin üst qatından bir çox insan skeleti, qalıqları tapılıb: “Ancaq sərdabə daha əvvəl dağıdıldığından bütün bu skelet parçaları pərakəndə halında idi. Nəhayət ki, tabutların səviyyəsinə çatanda məlum oldu ki, burada altda anatomik skeletlər mövcuddur. Hardasa üstdən 10 nəfərə yaxın insanın qalığını aşkarladıq. Ancaq hazırda açdığımız bu kiçik hissədə isə 5 insan qalığı müəyyənləşdirmişik. Onlar kəfənə bürünüb, hətta birincinin altına 3 dönə döşək qoyulub. Bundan başqa müəyyən olunub ki, ikinci insan qalığının üzərində paltar da var. Bu nadir rast gəlinən haldır. Aparılacaq əlavə tədqiqatlarla bu insanların yaşı, cinsi, xəstəliyi, ölüm yaşı müəyyən olunacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyun 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri