Icma.az
close
up
RU
Azərbaycan 1 əsrlik elmi və məfkurəvi missiyaya sadiqdir

Azərbaycan 1 əsrlik elmi və məfkurəvi missiyaya sadiqdir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir əsr əvvəl paytaxtımız dünya türkologiyasının mərkəzinə çevrilərək I Türkoloji Qurultaya ev sahibliyi etmişdi. Bu unikal elmi forumun və böyük mənəvi irsin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev 22 oktyabr 2025-ci il tarixli sərəncam imzalamışdır. Bu mühüm sənədin müddəalarına cavab olaraq ölkəmizdə keçirilmiş və möhtəşəm “Xankəndi Bəyannaməsi” ilə başa çatmış “Türk Dünyası Həftəsi” 100 il əvvəlki idealların gələcəyə işıq saldığını bir daha sübut etdi.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılla söhbətimizin mövzusu da 1926-cı il qurultayının tarixi missiyasını, günümüzə gəlib çatan və Prezident sərəncamı əsasında keçirilən yubiley tədbirlərinin müasir türkologiyaya verdiyi növbəti töhfələr oldu..

– Zülfiyyə xanım, I Türkoloji Qurultayını tarixdə bu qədər unudulmaz edən və bugünkü Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasına qədər gətirib çıxaran əsas türklük ruhu və fədakarlıq faktoru nə idi?

– 1926-cı ildə Bakıda I Türkoloji Qurultay keçiriləndə çox mürəkkəb bir siyasi dövr idi və qurultay iştirakçılarının, təşkilatçılarının taleyi sonradan çox ağrılı oldu. Lakin onlar canları bahasına başa gəlsə də, ortaq əlifba və dil birliyi qərarını məhz Bakıdan dünyaya elan etdilər. I Türkoloji Qurultayı unudulmaz edən əsas amil onun yalnız elmi toplantı deyil, türk xalqlarının mənəvi özünüdərk hadisəsi olması idi. O dövrdə alimlər, mütəfəkkirlər və ziyalılar türk xalqlarının gələcəyini dil, əlifba və mədəni birlikdə görürdülər.

Qurultaydan sonra iştirakçıların bir çoxunun repressiyaya məruz qalması bu fədakarlığın nə qədər ağır bədəl hesabına başa gəldiyini göstərdi. 1926-cı ildə Bakıda səslənən ortaq əlifba və dil birliyi fikri bu gün Türk Dövlətləri Təşkilatının mənəvi-siyasi əsaslarından biri kimi yenidən yaşayır.

– Tarixi paralellər aparsaq, 100 il əvvəl yarımçıq qalan və ya qarşısı kəsilən bu prosesi bu gün tamamlamaq üçün elmi və siyasi zəmin nə dərəcədə hazırdır?

– 100 il əvvəl əsas hədəf ərəb qrafikasından latın qrafikasına keçid və türk xalqları arasında yazı yaxınlığının yaradılması idi. Bu proses sonradan repressiyalar və siyasi qərarlarla dayandırıldı, 1939-cu ildən kiril qrafikasına keçid türk xalqları arasında yazı birliyini zəiflətdi. Bu gün isə vəziyyət tamamilə fərqlidir: müstəqil türk dövlətləri var, TDT kimi siyasi platforma mövcuddur, Türk Akademiyası və dil qurumları ortaq elmi müzakirələr aparır.

2024-cü ilin sentyabr ayında 3-cü iclasdan sonra elan olunan 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi də məhz bu tarixi davamlılığın nəticəsidir. Elmi zəmin böyük ölçüdə hazırdır, siyasi iradə isə əvvəlki dövrlə müqayisədə daha əlverişlidir. Əsas məsələ bu ideyanı tələsik inzibati qərar kimi deyil, mərhələli şəkildə - təhsil, nəşriyyat, rəqəmsal texnologiya və terminologiya sahələrində uyğunlaşdırmaqdır.

– 100 illik yubiley çərçivəsində üzə çıxarılan, bəlkə də indiyə qədər geniş auditoriyaya məlum olmayan hansı tarixi sənədlər və ya faktlar bu həftə ərzində türkoloji aləmə təqdim olundu? Bu nəşrlər milli dillərimizin və mənəvi dəyərlərimizin qorunmasına necə xidmət edəcək?

– Bəli, yubiley tədbirlərində arxiv materiallarının, xüsusi nəşrlərin və elmi topluların təqdim olunması çox mühüm hadisədir. Bu gün həmin sənədlərin üzə çıxarılması qurultayın görünməyən tərəflərini – iştirakçıların məruzələrini, təşkilati yazışmaları, əlifba müzakirələrini, repressiyaya məruz qalan alimlərin fəaliyyətini yenidən elmi dövriyyəyə gətirir. Bu nəşrlər tarixi yaddaşı bərpa edir, eyni zamanda müasir türkoloji tədqiqatlar üçün etibarlı mənbə bazası yaradır.

– Ən çox diqqətçəkən məqamlardan biri gənclərin türk ruhunda tərbiyəsidir. Türk coğrafiyasındakı universitetlər arasında tələbə mübadiləsi, ortaq dərsliklər və ya gənclərin rəqəmsal media platformalarında bir-biri ilə inteqrasiyası üçün hansı konkret qərarlar gözlənilir?

– Gənclərin türk ruhunda tərbiyəsi üçün konkret mexanizmlər lazımdır. Türk dövlətlərinin universitetləri arasında tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, ortaq türk tarixi, ortaq ədəbiyyat və ortaq mədəniyyət dərsliklərinin hazırlanması, birgə yay məktəblərinin və gənc türkoloqlar forumlarının keçirilməsi vacibdir. Rəqəmsal platformalarda isə ortaq elektron kitabxanalar, türk dilləri üzrə açıq dərs resursları, terminoloji bazalar və tələbələr üçün birgə media layihələri yaradılmalıdır. 1926-cı ildə alimlər Türk dünyasının gələcəyini əlifba və dildə görürdülərsə, 2026-cı ildə bu, həm də universitetlərdə, rəqəmsal platformalarda və gənclərin ortaq düşüncə məkanında formalaşmalıdır.

– I Türkoloji Qurultayın 100 illik irsi və bu çərçivədə keçirilən “Türk Dünyası Həftəsi” bu gün türkologiya elmi və türk dünyasının birliyi üçün nə ifadə edir?

– I Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə 2026-cı il iyunun 29-dan iyulun 3-dək Bakı və Xankəndidə keçirilən “Türk Dünyası Həftəsi” türk xalqlarının ortaq elmi, mədəni və mənəvi dəyərlərinin beynəlxalq səviyyədə müzakirəsinə həsr olunmuş mühüm platformaya çevrildi. Tədbir çərçivəsində Türk dünyasının müxtəlif ölkələrindən alimlər, dövlət nümayəndələri, mədəniyyət xadimləri və beynəlxalq təşkilatların təmsilçiləri bir araya gələrək ortaq dil, tarix, ədəbiyyat, mədəni irs və inteqrasiya məsələlərini geniş şəkildə müzakirə etdilər.

Bu möhtəşəm həftənin elmi və siyasi zirvə nöqtəsi isə azad Xankəndidə qəbul edilən və Türk dünyasının gələcək yol xəritəsini müəyyənləşdirən tarixi “Xankəndi Bəyannaməsi” oldu. Bir həftə ərzində təşkil olunan plenar iclaslar, panel müzakirələri və Bəyannamədə əksini tapan bəndlər I Türkoloji Qurultayın ideyalarının müasir dövrdə aktuallığını bir daha nümayiş etdirdi. Xüsusilə ortaq türk mədəni irsinin qorunması, türkdilli xalqlar arasında elmi əməkdaşlığın genişləndirilməsi, dil siyasəti və ortaq əlifba məsələləri tədbirin əsas müzakirə istiqamətlərini təşkil etdi.

21 ölkədən 120-dən çox xarici elm adamının iştirak etdiyi “Türk Dünyası Həftəsi” və həftə çərçivəsində qəbul olunan tarixi Bəyannamə göstərdi ki, 1926-cı ildə əsası qoyulan türkoloji həmrəylik ideyaları bu gün də öz əhəmiyyətini qoruyur və yeni geosiyasi şəraitdə türk dövlətləri arasında elm, təhsil və mədəni inteqrasiyanın inkişafına mühüm töhfə verir.

Beləliklə, I Türkoloji Qurultayın 100 illiyi ilə bağlı ilin əvvəlindən ölkəmizdə keçirilən və hələ də davam edən müxtəlif toplantılar, elmi məclislər, kütləvi şənliklər göstərir ki, Azərbaycan türkologiyanın mərkəzi olmaq missiyasını bu gün də şərəflə daşıyır.

Güntac ŞAHMƏMMƏDLİ
Naxçıvan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 07:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri