Icma.az
close
up
RU
Naxçıvanın 1 əsrlik media salnaməsi

Naxçıvanın 1 əsrlik media salnaməsi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin ana dilimizdə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız bu il bir əsr yarımlıq yolunu tamamlayır. Yarandığı gündən maarifçilik ideyalarının tərənnümçüsü olmuş, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamış Azərbaycan mətbuatı tarixin bütün dövrlərində cəmiyyət həyatının güzgüsünə çevrilərək ictimai-siyasi, elmi-mədəni dünyagörüşün formalaşmasına öz təsirini göstərib. “Əkinçi” ilə başlanan mətbuat yolumuz sonrakı dövrlərdə bir çox mətbu orqanlarla davam etmiş, təkcə paytaxt Bakıda deyil, ölkəmizin digər bölgələrində də bədii fikrin inkişafında müsbət rol oynayıb.  
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynovla söhbətimizin əsas mövzusu qədim diyarda mətbuatın keçmişi və bugünü haqqındadır.   
– Rövşən müəllim, gəlin, ilk olaraq, Naxçıvanda mətbuatın tarixi inkişafına nəzər salaq.  
– Mütərəqqi ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ölkəmizdə maarifçilik ideyalarının carçısı kimi böyük bir yolun təməlini qoymuşdur. Naxçıvanda isə ilk qəzet nəşri ideyası XIX əsrin 90-cı illərində irəli sürülmüş, bununla bağlı yerli ziyalılar 1894-cü ildə Sankt-Peterburqa ərizə və məktublarla müraciət etmiş, lakin bu müraciətlərə müsbət cavab verilməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra bu məsələ yenidən gündəmə gəlmiş, nəhayət, 1921-ci il noyabrın 9-da Naxçıvanda “Cavanlar həyatı” adlı ilk qəzet işıq üzü görmüşdü. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək qəzet “Füqara səsi”, 1922-ci ilin aprelindən isə “Şərq qapısı” adı ilə nəşr olunmağa başlamışdı. O vaxtdan qəzet Naxçıvanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, bölgə həyatında gedən proseslər, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, baş verən hadisələr haqqında operativ məlumatlar vermiş, ən mühüm xəbərləri əhaliyə çatdırmışdır. 
İlk saylarından başlayaraq müntəzəm surətdə dərc edilən “Şərq qapısı” qəzeti region həyatının ictimai-siyasi və mədəni inkişafında mühüm rol oynayır. Sovet hakimiyyəti illərində kollektivləşmə siyasətinin həyata keçirilməsi məqsədilə muxtar respublikanın rayonlarında yeni qəzetlər yaranır. Belə ki, 1931-ci ildə Şərurda “Pambığa doğru”, 1932-ci ildə Ordubadda “Ordubad fəhləsi”, həmin ildə Əbrəqunusda “Zərbəçi heyvandar”, Culfada “Bolşevik yolu”, 1936-cı ildə Şahbuzda “Sosializm maldarlığı” qəzetləri dərc olunmağa başlayır. 1959-cu ildə Moskvada mərkəzi komitə tərəfindən “Qəzet və jurnalların zərərlə işləməsinə son qoymaq haqqında” qərar qəbul edilir. Bu qərardan sonra  Naxçıvan Muxtar Respublikasının rayonlarında çıxan bütün qəzetlərin, o cümlədən – Şərur rayonunda (o zamankı İliç) “Noraşen kolxozçusu”, Ordubad rayonunda “Ordubad işçisi”, Culfa rayonunda “Sovet Culfası” və Şahbuz rayonunda “Sosializm maldarlığı” qəztlərinin nəşri dayandırılır. Bundan bir neçə il sonra, daha dəqiqi 1966-cı ilin yanvar ayından yeni qərarla “Yeni Ordubad” (Ordubad rayonu), “Zəfər” (Culfa rayonu), “Qabaqcıl” (Şahbuz rayonu) və “İşıqlı yol” (İliç – indiki Şərur rayonu) qəzetləri çıxmağa başlayır.
Bir məqamı da qeyd etmək istərdim ki, sovet hakmiyyəti illərində mətbuat üzərində sərt senzura olmasına baxmayaraq, təkcə “Şərq qapısı” qəzetində deyil, muxtar respublikanın rayon qəzetlərində də tez-tez xalqımızın dil, ədəbiyyat, mədəniyyət və xüsusilə də tarixinə həsr olunmuş, azərbaycançılıq ideologiyasına xidmət edən çoxlu yazılar dərc olunub. Ümumi götürdükdə, muxtar respublika mətbuatı ötən bir əsrlik dövrdə çox çətin, enişli-yoxuşlu bir yol keçib.   
– Xüsusilə də ötən əsrin 90-cı illərində Naxçıvan mətbuatı, digər sahələr kimi, böyük çətinliklərlə üz-üzə qalıb. 
– Bəli, həqiqətən, həmin dövrlər Naxçıvan çox böyük çətinliklərlə üz-üzə qalmışdı. Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdaraq burada yaşayıb fəaliyyət göstərdiyi dövrdə “Şərq qapısı” qəzeti regionun əsas tribunasına çevrilmiş, muxtar respublikanın informasiya blokadasının yarılmasında əsas rol oynamışdır. Bütün çətinliklərə baxmayaraq, məhz dahi şəxsiyyətin səyləri nəticəsində qəzet fəaliyyətini dayandırmamış, həmin illərin hər bir günü qəzetin səhifələrində tarixləşmişdir. 
Bir məsələni də qeyd edim ki, “Şərq qapısı” qəzeti müstəqillik illərində əzmkarlıq nümayiş etdirmiş, əhalinin həmrəyliyə çağırışında, mürəkkəb ictimai-siyasi proseslərdən doğru nəticə çıxararaq düzgün istiqamətləndirilməsində, vətənpərvərlik ruhunun, sabaha inam hissinin aşılanmasında əvəssiz rol oynamışdır. Eyni zamanda, həmin dövrdə “Şərq qapısı” Bakıda qanlı 20 Yanvar hadisələri zamanı sovet imperiyasının iflic vəziyyətə saldığı ölkə mətbuatının Azərbaycan həqiqətlərini xalqa və dünya ictimaiyyətinə çatdırmaq missiyasını şərəf və ləyaqətlə yerinə yetirmişdir. Bundan əlavə, “Şərq qapısı” Azərbaycanın çoxsaylı mətbuat orqanları arasında ilk dəfə olaraq ölkəmizi düçar olduğu bəlalardan xilas etməyin yeganə yolunun görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasında görmüş və bu barədə müxtəlif yazılarla çıxış etmişdir. Həmçinin, Ulu öndərin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan parlamentində qəbul edilən tarixi, siyasi qərarlar ilk olaraq məhz bu  qəzetlə geniş oxucu kütləsinə, ölkə ictimaiyyətinə çatdırılmışdır.
– Təbii ki, “Şərq qapısı” dövrün ictimai-siyasi proseslərində daim öndə gedən bir mətbuat orqanı olub. Bundan əlavə, qəzet, həm də muxtar respublikada ictimai, siyasi, mədəni fikrin formalaşmasında müstəsna rol oynayıb... 
– Bəli, doğrudur. Ümummilli liderimizin “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. Qəzetiniz o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” – sözləri bunu bir daha təsdiq edir. Mən çox sayda misallar çəkə bilərəm. Məsələn, “Şərq qapısı” qəzeti Naxçıvanda ədəbi mühitin fəaliyyətinin işıqlandırılmasına, şair və yazıçıların əsərlərinin dərc olunmasına, ictimaiyyətə tanıdılmasına da istiqamət vermiş, böyük bir ədəbi məktəb yaratmışdır. Görkəmli akademik İsa Həbibbəylinin təbirincə söyləsək, “Şərq qapısı” həm də regionun “Ədəbiyyat qəzeti” funksiyasını yerinə yetirmişdir.
– Naxçıvan mətbuatının keçdiyi tarixi dövrlərin hər biri haqqında geniş danışmaq olar, amma ümumi olaraq, muxtar respublika mətbuatının dünəni və bu günü haqqında daha nələri qeyd etmək istərdiniz?
– Ümumilikdə götürdükdə, muxtar respublika mətbuatı hər zaman regionda gedən proseslərin oxuculara düzgün çatdırılmasında əhəmiyyətli rol oynayıb. “Şərq qapısı”  ilə bərabər, muxtar respublikamızın rayonlarında müxtəlif dövrlərdə həyata vəsiqə alan “Şərqin səhəri” (Babək rayonu), “Arazın səsi” (Culfa rayonu), “Nuh yurdu” (Naxçıvan şəhəri), “Şərurun səsi” (Şərur rayonu), “El həyatı” (Ordubad rayonu), “Yeni həyat” (Kəngərli rayonu), “Oğuz yurdu” (Sədərək rayonu), “Oğuz səsi” (Şahbuz rayonu) qəzetləri də fəaliyyətləri dövründə vahid ideologiyaya xidmət etmiş, dövlətimizin muxtar respublikada, onun ayrı-ayrı bölgələrində apardığı sosial-iqtisadi islahatların önündə dayanmış, onun tərəqqi və inkişafına işıq tutmuşdur. 
Bilirsiniz ki, mətbuatımız nə qədər şərəfli yol keçsə də, uzun illər söz azadlığına qovuşmamışdır. Fəxrlə söyləyə bilərik ki, Azərbaycan jurnalistikası buna ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ulu öndərin dəst-xəttinə sadiq qalaraq bu sahəni dövlətimizin prioritet istiqamətinə çevirmiş, bir çox demokratik addımların atılmasına nail olmuşdur. Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunmasının qərara alınması da bu sahənin daim dövlətimizin diqqət mərkəzində olduğunu göstərir. 
Bütün bunların fonunda Naxçıvan Muxtar Respublikasında da mətbuatın fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bu il muxtar respublikanın aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetinin maddi-texniki bazası yenilənmiş, martın ayında burada İnformasiya Mərkəzi istifadəyə verilmişdir. Qəzet əməkdaşları üçün yaradılan bu cür münbit şərait mətbu orqanın davamlı inkişafına təminat verir. Bu cür qayğı qəzetin maddi-texniki imkanlarının genişləndirilməsi, jurnalistlərin peşəkar fəaliyyətinin dəstəklənməsi dövlətimizin mətbuata göstərdiyi qayğının bariz nümunəsidir. 
Bununla yanaşı, artıq muxtar respublikada Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsi fəaliyyət göstərir. Bu regional idarə öz işini medianın inkişafını dəstəkləyən müasir və innovativ proqramların reallaşdırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına xidmət etmək istiqamətində qurub. Bu tədbirlərdə bizim yerli media könüllüləri də fəal iştirak edir. Ümumilikdə götürsək, bu gün muxtar respublikada mətbuatın inkişafına böyük dövlət qayğısı var və mətbuat işçiləri də öz fəaliyyətlərini müasir dövrün tələbləri üzərində qurmağa çalışırlar. Yeri gəlmişkən, mən Azərbaycan mətbuatının qarşıdan gələn 150 illik yubileyi münasibətlə mətbuat nümayəndələrinin hər birini təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm! Qoy, qələmləri həmişə saf amala, milli ideologiyamızın inkişafına xidmət etsin!

Söhbəti apardı: 
Səbuhi HƏSƏNOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see223

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see220

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see218

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see206

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see204

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see196

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see192

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see191

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see190

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see190

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see189

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see187

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see180

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see175

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see170

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see170

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see162

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see158

Azərbaycan: Xalq ordu dövlət birliyinin ən yaxşı nümunəsi

26 İyun 2026 11:42see158

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri