Azərbaycan 24 milyardlıq ticarət əməliyyatı apardı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 13 min 165 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Axar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 82 milyon 704 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 390 ton (2,9 %), dəyər baxımından isə 11 milyon 897 min ABŞ dolları (12,6 %) azdır.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.
6 ay ərzində Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.
Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 18 İyul 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















