İki uşaq anası sevgilisinə görün nə etdi?! Dağüstü park ərazisində…
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Bakıda qadın sevgilisini qarət edib.
"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən Dağüstü parkda qeydə alınıb.
Məlumata görə, 20 yaşlı Xatirə Məcidova (ad və soyad), qardaşı və sevgilisi zərərçəkən Mahir (şərti ad) sonuncunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə adıçəkilən parka gəliblər. Axşam saatlarında Mahir Xatirənin qardaşı ilə spirtli içki içdikləri üçün yuxulayıb və sükan arxasında yatıb. Bundan istifadə edən Xatirə Mahirin avtomobilin kondisioner hissəsinin üstündə olan "Samsun S24 Ultra" markalı, dəyəri 3750 manat olan mobil telefonunu oğurlayıb. Sezar pizza
Mahir yuxudan oyanandan sonra telefonunun oğurlandığını bilib və polisə müraciət edib. Bundan sonra Mahir və Xatirə avtovağzal ərazisində hoteldə qalıblar. Bu zaman onlar yenə spirtli içki qəbul ediblər və Xatirə sərxoş olduqdan sonra yatıb. Mahir bundan istifadə edərək, Xatirənin telefonuna baxıb və anası ilə yazışmalarında telefonunun sevgilisi ilə qardaşı tərəfindən oğurlanmasından şübhələnib.
Nəticədə Xatirə Məcidova saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində 2 azyaşlı övladının olduğunu deyib. Onun sözlərinə görə, oğurladığı telefonu 900 manata satıb.
Zərərçəkən Mahir telefonunun və ya dəymiş ziyanın qaytarılmadığını bildirib.
Məhkəmə Xatirə Məcidovanı 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 Oktyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















