Azərbaycan ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması işi yekunlaşır
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ili Azərbaycan-Amerika münasibətləri kontekstində çox müsbət hesab edirik.
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Donald Trampın prezidentliyinin başlanmasından qısa müddət ərzində köklü dönüş baş verib, Azərbaycan-Amerika münasibətlərində çox ciddi dəyişikliklər olub: “Artıq çox ciddi inkişaf var, çox ciddi müsbət dəyişikliklər baş verib. Avqustun 8-də çox konkret məqsədləri olan İşçi qrupunun yaradılmasını müəyyən edəcək anlaşma memorandumu imzalanıb. Bu İşçi qrupunun formalaşdırılması Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması ilə bağlıdır. Bu sənəddə əhatə olunmalı olan istiqamətlər çox dəqiq müəyyən edilib. Bunun üçün bu aylar ərzində çox intensiv işlər görülüb. Müəyyən istiqamətlər və mövzular üzrə çox sayda ikitərəfli görüşlər keçirilib. Hesab edirəm ki, biz son mətnə yaxınıq və rəhbərlərimizə iki ölkə arasında çox perspektivli və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyacaq razılaşdırılmış sənəd layihəsini təqdim edəcəyik. Mən onu da qeyd etmək istədim ki, biz Donald Trampın prezidentliyinin birinci ilində görülmüş çox böyük işlərdən danışırıq. ABŞ və Azərbaycan arasındakı münasibətlərdə ən azı növbəti üç ili böyük nikbinlik gözləyir. Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi bir çox amillərə görə faydalıdır və təkcə Azərbaycan üçün deyil, o cümlədən Amerika Birləşmiş Ştatları üçün də faydalı olmalıdır. Bu baxımdan gələcəkdə belə bir kursun dəyişməsinin obyektiv şərtlərini görmürük. İnanırıq ki, ABŞ-la ikitərəfli əməkdaşlıq baxımından növbəti illərdə çox yaxşı dinamikamız olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















