Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycan ABŞ üçün daha böyük əhəmiyyət daşıyır

Azərbaycan ABŞ üçün daha böyük əhəmiyyət daşıyır

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ yaxın 4 ildə boğazlar və dəhlizlər uğrunda ciddi mübarizə mərhələsinə daxil olur. Belə ki, Donald Tramp prezident seçilmədən öncə Panamanın ABŞ-a verilməli olduğunu açıq şəkildə bəyan etdi. Ekspertlər iddia edir ki, Tramp bu addımı Çinin artan iqtisadi gücü və bu artımda Panama kanalının əhəmiyyətini nəzərə alaraq atır. Çinin Panama kanalı üzərindən artan iqtisadi maraqları bənzər formada son illərdə Zəngəzur dəhlizinin açılması fikirləri ilə də paralellik təşkil edir. ABŞ-ın Ermənistanla imzaladığı strateji tərəfdaşlıq haqqında sazişin də əsas məqsədi Vaşinqtonun regiona gəlişi və dəhlizə nəzarəti ələ almaq olduğu qeyd edilir”.

“Hazırda Zəngəzur dəhlizinin açılması bir çox dövlətlər üçün böyük önəm daşıyır. Bu, həm Avropa dövlətləri, həm də Asiya dövlətləridir. Eyni zamanda, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə, bütövlükdə türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Təbii ki, bu baxımdan Zəngəzur dəhlizinin açılma ehtimalı həddindən artıq yüksəkdir. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev əminliklə bəyan edib ki, Zəngəzur dəhlizi açılacaq. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin açılması qarşısında olan bütün əngəllər qaldırılacaq və dəhliz əvvəl-axır fəaliyyətə başlayacaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmasına bu, ilk növbədə ABŞ və Avropa Birliyi arasındakı iqtisadi-ticari rəqabətin istiqamətlərindən asılıdır.

“Çünki hazırda Çinlə yanaşı, Avropa Birliyi də ABŞ-ın iqtisadi-ticari rəqibləri sırasında yer alır. Ola bilər ki, Amerika Birləşmiş Ştatları həm Avropanın, həm də Asiyanın, o cümlədən Çinin iqtisadi-ticarət fəaliyyətini nəzarətdə saxlamaq üçün bu iki tərəf arasında böyük önəm daşıya biləcək Zəngəzur dəhlizinin nəzarətə alınmasında maraqlı olsun. Ancaq burada bir önəmli məqam var ki, hazırda geopolitik, həmçinin qlobal proseslər və zaman Ermənistanın əleyhinə işləyir. Ermənistanda Donald Trampın hakimiyyətə gəlişindən ciddi narahatlıq duyurlar. Hesab edirlər ki, Donald Trampın prezidentliyi dönəmində Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz siyasəti Bayden administrasiyasının dövründə olduğundan ciddi şəkildə fərqlənəcək. Ermənistan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq müqaviləsi imzalamış olsa belə, Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazdakı real strateji tərəfdaşı rolunda məhz Azərbaycana üstünlük verilə bilər. Bunun da olduqca ciddi səbəbləri mövcuddur. Azərbaycan Cənubi Qafqazda daha dəyərli dövlətdir. İqtisadi və enerji faktorları Ermənistandan ön planda yer alan bir dövlət olan Azərbaycan, Amerika Birləşmiş Ştatları üçün daha böyük əhəmiyyət daşıyır. Həmçinin Azərbaycanın həm də geopolitik iradə mərkəzi olması baxımından da Amerika Birləşmiş Ştatları üçün əhəmiyyəti böyükdür. Bu baxımdan hesab etmək olar ki, yaxın aylarda artıq Ağ Evin yeni Cənubi Qafqaz siyasətinin ilkin faktorları, istiqamətləri üzə çıxmağa başlayacaq və biz onda təxmin edə biləcəyik ki, Zəngəzur dəhlizinin gələcək taleyi necə olacaq. Eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın qarşılıqlı münasibətləri hansı istiqamətlərə yönələcək”.

Rəfiqə NAMAZƏLİYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Yanvar 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri