Icma.az
close
up
RU
Azərbaycan ADB nin Rəhbərlər Şurasının 58 ci İllik Toplantısında təmsil olunub

Azərbaycan ADB nin Rəhbərlər Şurasının 58 ci İllik Toplantısında təmsil olunub

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycan mayın 4-7-də İtaliyanın Milan şəhərində keçirilmiş Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 58-ci İllik Toplantısında təmsil olunub.

525.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, "Təcrübə Paylaşımı və Sabahın Qurulması" devizi altında keçirilən tədbirdə ölkəmizi nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib.

İllik toplantı çərçivəsində Azərbaycan nümayəndə heyəti bankın Direktorlar Şurasında ölkəmizi təmsil edən icraçı direktor xanım Reyçl Tompson, ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov və OPEC Beynəlxalq İnkişaf Fondunun İctimai Sektor və Strategiya üzrə vitse-prezidenti Haimaa Al-Sheiby ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə mövcud əməkdaşlıq, habelə ölkənin prioritet müəyyən etdiyi layihələrin, xüsusilə nəqliyyat, su və kanalizasiya sahələrində layihələrin maliyyələşdirilməsi imkanları müzakirə edilib.

1966-cı ildə təsis edilən ADB-nin əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. Azərbaycan 1999-cu ildə banka üzv olub. ADB-in 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 07 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see220

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see200

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see195

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see177

Ağsuda BƏDBƏXT HADİSƏ Vəziyyətləri ağırdır

02 Yanvar 2026 10:18see165

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see154

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see152

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see151

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see148

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see145

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see144

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see143

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see138

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see136

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see134

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see133

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see133

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see130

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see129

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri