Icma.az
close
up
RU
Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı

Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Ağsaqqallar Şurası 2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş Zirvə görüşünün nəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edir, qalib Liderimizin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu və sülhün təmin olunması istiqamətində qazanılmış uğurları yüksək qiymətləndirir.

Biz – Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri bu Zirvə görüşünün nəticələrinə dair qəbul olunan və regionda yeni bir dövrün başlanğıcını qoyan Birgə Bəyannamənin böyük tarixi və siyasi əhəmiyyətə malik olduğunu bir daha vurğulayaraq bildiririk ki, bu sənəd təkcə dövlətlərarası münasibətlərin normallaşdırılmasının deyil, həm də sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi təsdiqidir. Sülhün və dövlətlərarası münasibətlərin təsisi haqqında Sazişin paraflanmasını Azərbaycan ağsaqqalları dövlətçiliyimizin böyük diplomatik uğuru kimi yüksək qiymətləndirir və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edən tarixi addım hesab edirik. ATƏT-in Minsk Qrupu və onunla bağlı strukturların fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapandığını və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul edildiyini göstərir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantının təmin olunması və Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşdırılması regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır. Dövlətlərin ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı və güc tətbiq etmənin yolverilməzliyi prinsiplərinin təsbit olunması isə Azərbaycan Respublikasının milli maraqlarına tam uyğun olmaqla, bölgədə uzunmüddətli sabitliyə və təhlükəsizliyə təminat verir. Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi üçün dönüş nöqtəsi olan bu tarixi sənəd münaqişə səhifəsinin qapanmasını, qisas meyillərinin istisna olunmasını və sülh yolunu təmin etməklə gələcək nəsillər üçün parlaq perspektivlər açır.

Əldə edilmiş bütün bu nailiyyətlər müdrik rəhbərliyi ilə bölgəmizdə tarixi ədaləti bərqərar edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi və yüksək diplomatik strategiyasının bəhrəsidir. Qalib Liderimizin ədalətə, beynəlxalq hüquqa və əməkdaşlığa əsaslanan siyasəti bölgədə davamlı əmin-amanlığın və inkişafın yeganə yolu, qazandığı diplomatik zəfər isə regionda sülhün və sabitliyin zəmanətidir.

Azərbaycan Ağsaqqallar Şurası olaraq biz xalqımızı milli həmrəyliyi daha da gücləndirməyə, dövlət başçımızın ətraflnda daha sıx birləşərək onun həyata keçirdiyi sülh və inkişaf siyasətinə daim dəstək olmağa çağırırıq. Bütün dost və qardaş xalqları, eləcə də beynəlxalq təşkilatları və dövlətləri sülh və sabitlik yolunda həmrəyliyə və əməkdaşlığa dəvət edirik. Biz inanırıq ki, xalqlarımızın birliyi, dostluğu və qarşılıqlı hörməti gələcək nəsillərə daha ədalətli, daha güvənli, daha firavan bir dünya bəxş edəcəkdir.

Uca Allah xalqımızı, Vətənimizi, dövlətimizi və Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı olan qalib Prezidentimiz cənab İlham Əliyevi qorusun!

(Bəyanat Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 08 sentyabr 2025-ci il tarixli iclasında qəbul edilmişdir.)

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri