Icma.az
close
up
RU
Azərbaycan Ağsaqqallar Şurasının bəyanatı

Azərbaycan Ağsaqqallar Şurasının bəyanatı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Son günlər ümumtəhsil məktəblərində şagirdlərin və müəllimlərin geyim qaydaları ilə bağlı aparılan müzakirələrin müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə siyasiləşdirilməsi, dini qarşıdurma predmetinə çevrilməsi və cəmiyyətdə narazılıq yaratmaq üçün istifadə olunması ciddi narahatlıq doğurur.

XQ xəbər verir ki, bu barədə Ağsaqqallar Şurası bəyanat yayıb.

Azərbaycan Ağsaqqallar Şurası olaraq, həssas ictimai məsələlərdən sui-istifadə edərək insanları qarşıdurmaya sövq edən, milli həmrəyliyimizə xələl gətirməyə çalışan, təxribatçı çağırışlarla ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyirik. Xüsusilə xarici informasiya resurslarında ölkəmizin daxili məsələlərinin təhrif olunması, dini hisslər üzərindən manipulyasiyaların aparılması, vətəndaşların mitinq və etirazlara təhrik edilməsi yolverilməzdir. Dövlətçiliyimizə, milli birliyimizə və ictimai həmrəyliyimizə qarşı təxribatlara son qoyulmalıdır!

Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri, bərpa olunmuş ərazi bütövlüyümüzü və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsini həzm edə bilməyən, ölkəmizin güclənməsini istəməyən qüvvələrin cəmiyyətimizdə parçalanma yaratmağa yönələn cəhdlərinə qarşı xüsusilə ayıq-sayıq olmalıyıq. Heç bir xarici təsir və ya təxribat xalqımızın birliyini, dövlətimizin müstəqilliyini və sabitliyini hədəfə almaq üçün bəhanəyə çevrilməməlidir. Azərbaycan hüquqi dövlətdir. Qanun pozuntularına qarşı müvafiq dövlət qurumları öz səlahiyyətləri daxilində qanuni tədbirlər görəcəklər.

Azərbaycan Konstitusiyasında təsbit olunmuş dünyəvilik prinsipi dövlətçiliyimizin mühüm əsaslarından biridir. Dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlətin dinlərə münasibətdə hüquqi əsaslarla fəaliyyət göstərməsi, bütün dini etiqadlara hörmət və təhsil sisteminin elmi bilik, azad düşüncə və bərabər hüquqlar üzərində qurulması deməkdir. Xalqımızın İslam dini ilə bağlı zəngin mənəvi irsi, başqa dinlərə və inanclara göstərdiyi ehtiram, müxtəlif təriqətlərin nümayəndələrinin ölkəmizdə dinc yanaşı yaşaması milli kimliyimizin və birgəyaşayış mədəniyyətimizin mühüm xüsusiyyətlərindəndir. Ulu Öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər zaman bütün dini və İslami dəyərləri uca tutmuşlar. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyev ilk növbədə ağsaqqallarla görüşmüş, onların iştirakı ilə Bibiheybət məscidində olmuş və bu məscidin bərpası üçün göstəriş vermişdir. 2 il ərzində tam bərpa olunan məscidin açılışı olmuş, qurbanlar kəsilmiş və bu müqqəddəs məkan insanların ixtiyarına verilmişdir. 1000 ildən çox yaşı olan, ötən əsrin 18-ci ilində ermənilər tərəfindən yandırılan Şamaxı Cümə məscidi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə tam bərpa edildi və dövlət başçısı öz ailəsi ilə bu məscidin açılışında iştirak etdi. 44 günlük Vətən müharibəsində böyük Qələbəyə imza atan Müzəffər Ali Baş Komandanımızın birbaşa göstərişi ilə Ağdam və Şuşa məscidləri də tam bərpa edilmişdir. Həmçinin 2012-2014-cü illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanın və Cənubi Qafqazın ən böyük məscid kompleksi olan Heydər məscidi tikilərək ictimaiyyətin istifadəsinə verilib, Təzəpir məscidində isə geniş təmir-bərpa və yenidənqurma işləri aparılıb. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmam Hüseyn məscidi və bir çox müqəddəs məkanlar bərpa edilmişdir. Hazırda dövlət başçısının rəhbərliyi ilə ölkəmizin hər bir bölgəsində, eləcə də işğaldan azad edilmiş ərazilərdə yeni məscidlər inşa olunur, tarixi məscidlər bərpa edilir. Bütün bunlar İslam dininə və milli-mənəvi dəyərlərimizə göstərilən ehtiramın ifadəsidir.

Azərbaycan Ağsaqqallar Şurası olaraq, biz Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində geyim qaydalarına dair qərarlarının qanunvericiliyə uyğun tətbiqini dəstəkləyirik. Unutmayaq ki, məktəb yalnız bilik və bacarıqların aşılandığı yer deyil, eyni zamanda, şəxsiyyətin formalaşdığı, vətəndaşlıq məsuliyyətinin, intizamın, qarşılıqlı ehtiramın və milli-mənəvi dəyərlərin inkişaf etdiyi müqəddəs bir məkandır. Bu baxımdan, ümumtəhsil məktəblərində müəyyən edilmiş geyim qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamıya bərabər tətbiqini vacib hesab edirik. Biz hesab edirik ki, dövlətçiliklə dini-mənəvi dəyərlər arasında qarşıdurma yaratmaq qəbuledilməzdir. Bütün həmvətənlərimizi, xüsusilə valideynləri, müəllimləri, ziyalıları və gəncləri təmkinli olmağa, təxribatlara uymamağa, yoxlanılmamış məlumatları yaymamağa, milli maraqlarımızı və ictimai həmrəyliyimizi hər şeydən üstün tutmağa çağırırıq.

Azərbaycan xalqının çoxəsrlik tarixində ağsaqqallıq müdrikliyin, mənəvi bütövlüyün, el birliyinin və dövlətə sədaqətin rəmzi olub. Ağsaqqal sözü hər zaman insanları qarşıdurmaya deyil, anlaşmaya, ayrılığa deyil, birliyə, emosiyalara deyil, təmkinə və sağlam düşüncəyə səsləyib. Bu gün də biz ağsaqqallar hər kəsi ayıq-sayıq olmağa, heç bir təxribata uymamağa, dövlətimizin müstəqilliyini, xalqımızın birliyini və milli həmrəyliyimizi qorumağa dəvət edirik. Əminik ki, müdriklik, birlik və dövlətçilik təfəkkürü xalqımızı bütün sınaqlardan uğurla çıxaracaqdır. Birliyimiz dövlətimizin gücü, müdrikliyimiz gələcəyimizin təminatıdır!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Oktyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri