Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının və Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin görüşü keçirilib AZƏRTAC

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının və Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin görüşü keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 15-də Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli görüşdə çıxış edərək Qərbi Azərbaycan İcmasının yaranma tarixi, eləcə də məqsəd və hədəfləri barədə iştirakçılara geniş məlumat verib.

İcmanın Prezident İlham Əliyevin tövsiyəsi ilə hazırlanan Qayıdış Konsepsiyası haqqında danışan Ə.Ələkbərli son iki ildə qurumun yerli və beynəlxalq müstəvidə gördüyü işlərdən bəhs edib, soydaşlarımızın ata-baba yurdlarına qayıdışı ilə bağlı xüsusilə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının önəmini vurğulayıb, bu məsələdə Azərbaycan Ağsaqqallar Şurasının görə biləcəyi işlərə diqqəti çəkib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi Azərbaycanla bağlı məsələyə toxunmasını xatırladaraq hər kəsin üzərinə düşən mənəvi məsuliyyətdən danışıb.

Çıxışında Qərbi Azərbaycanla bağlı mühüm tədbirlərin ölkə daxilində və xaricində keçirilməsinin önəminə toxunan Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov zəngin-mədəni irsimizin qorunub saxlanması yolunda gənclərimizlə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxışında bildirib ki, hər iki şuranın hədəfləri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, Qərbi Azərbaycana qayıdışla bağlı gənclərin fəal iştirakının təşviq olunmasıdır.

AMEA-da Qərbi Azərbaycanla bağlı görülən işlər, yaradılan şöbələr barədə ətraflı məlumat verən AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri akademik İsa Həbibəyli Qərbi Azərbaycanla bağlı kitabxananın yaradılması və onun zənginləşdirilməsini öz üzərinə götürdüyünü qeyd edib. AMEA-nın prezidenti çıxışından sonra Əziz Ələkbərliyə AMEA-da Qərbi Azərbaycanla bağlı nəşr olunan kitablar hədiyyə edib.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı professor Eldar İbrahimov Qərbi Azərbaycanla bağlı Özbəkistan və Türkiyədə tədbirlərin təşkil olunmasını təklif edib.

İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov səsləndirilən fikirləri dəstəklədiyini bildirib, ağsaqqallar və gənclər arasında birgə tədbirlərin keçirilməsini təklif edib.

Daha sonra İcmanın Ağsaqqallar Şurasının üzvü, professor Əvəz Ələkbərov hər iki şuranın Qərbi Azərbaycan ideologiyası ilə bağlı yol xəritəsinin hazırlanması və bunun əsasında tədbirlərin keçirilməsi təklifi ilə çıxış edib.

İcmanın Ağsaqqallar Şurasının üzvü professor Həsən Bayramov Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması üçün daha çox sayda kitabların hazırlanmasının önəmindən danışıb.

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı birgə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb, İcmanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Musayev bölgələrdə birgə tədbirlərin keçirilməsi təklifini irəli sürüb, BDU-nin hüquq fakültəsinin professor Əli Hüseynov, Mehri rayon İcmasının üzvü İsmayıl Əliyev, İcmanın Ağsaqqalar Şurasının üzvü İlqar Abbasov çıxışlarında natiqlərin fikirlərini dəstəkləyərək, təkliflərini bildiriblər.

Sonda Ağsaqqallar Şurasının sədri Eldar Quliyevə hədiyyə və kitablar təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri