Icma.az
close
up
RU
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam etdiriləcək.
Reyting.az
Musavat.com-a istinadla xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir. İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb. Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, qərar icraya yönəldilib. Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq. Bu arada təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə vəkillər Ceyhun Yusifov və Asim Hacıyevin qoşulub. Məhkəmədə elan olunub ki, Nofəl Hacıyevin yaxınları tərəfindən hər iki vəkillə müqavilə bağlanıb. Ceyhun Yusifov bildirib ki, zərərçəkmiş şəxslərin sayı həddən çoxdur: "Burada zərərçəkmişlər iki hissəyə bölünür: həqiqi zərərçəkmişlər və formal zərərçəkmişlər. Zərərçəkmiş qismində tanınan Bayram Yusifovun adı var. Onun Xırdalandakı tikintidə evi var. Ona ziyan dəymədiyi halda, zərərçəkmiş qismində tanınıb. Biz burada zərərçəkmişləri müəyyən etməliyik. Bayram Yusifovun dindirilməsini istəyirik”.
Musavat.com xatırladır ki, Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir. Məhkəmədə digər vəkil A.Hacıyev müvəkkilinin barəsindəki qəti-imkan tədbirinin ev dustaqlığı əvəzlənməsini istəyib. Vəkil deyib ki, istirahət mərkəzinin hərraca çıxarılmasını, satışdan əldə olunan vəsaitlə ziyanın ödənilməsi istəyirlər.
Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevin barəsində qüvvədə olan Nərimanov Rayon Məhkəməsinin hökmü var. Vəkil Ceyhun Yusifov bu səbəbdən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətdən imtina etdiklərini, lakin əmlakın açıq hərracda satılması ilə bağlı vəsatətə baxılmasını istəyib.
Hakim bildirib ki, zərərçəkmiş şəxsin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar var, həmin qərarın icra olunması üçün müvafiq qurumlara müraciət olunub. Daha sonra əmlakının açıq hərracda satılması ilə bağlı prosessual qayda müzakirə olunub. Vəkil Ceyhun Yusifov bildirib ki, əmlakın sonda satılması barədə heç bir qayda nəzərdə tutulmayıb, istənilən mərhələdə əmlakın satılması mümkündür. Nofəl Hacıyev vəkilləri ilə razı olduğunu deyib: "Bu qədər şahid ifadə verib. “Atlant” Bakıda tikintidən olan vəsait hesabına tikilib. Bunu şahidlər də təsdiq edib. Sumqayıtdan Bakıya qədər olan tikintidən ayrılan pullar istirahət mərkəzinə yönləndirilib. Biz qohum olmuşuq, mənim də qohumluq etibarımdan istifadə edib. Mən heç bir əmlakı yayındırmamışam. Yayındırmış olsaydım, bu gün burada olmazdım. Övladlarım da öz evində yaşayırdı. Bunu Tahir Qədəşov da çox gözəl bilib".
Təqsirləndirilən şəxs bildirib ki, bütün tikintilərin Tahir Qədəşova aid olmasını hər kəs bilir. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən də layihələr Tahir Qədəşova verilib. Dövlət ittihamçısı Fariz Rzayev əmlakın satılması ilə bağlı vəsatətin baxılmamış saxlanılmasını, sonra hökmdə bu məsələyə qiymət verilməsini istəyib. Zərərçəkmiş şəxslər əmlakların satılmasını, ziyanın ödənilməsini istəyiblər. Tahir Qədəşovun vəkili Muxtar Mustafayev vəsatətə etiraz edib. Bildirib ki, əmlakın cinayət yolu ilə əldə olunması məhkəmədə sübuta yetirilməlidir. Daha sonra müşavirə keçirən hakimlər qərar elan ediblər. Qərara görə, vəsatətin baxılması təxirə salınıb. Hakim bildirib ki, bu məsələ məhkəmənin müşavirə otağında qiymət verilməli olan məsələdir və məhkəmə bu vəsatətə yekunda müşavirə otağında qiymət veriləcək. Daha sonra çıxış edən Nofəl Hacıyev bildirib ki, Ramana qəsəbəsində "Bərəkətli" MMC-nin direktoru olub və 8 hektar torpaq sahəsi olub:
"Tahir Qədəşov hansısa yolla mən həbs olunandan sonra başqasının adına keçirib. Həmin torpaq sahəsinin ərazisində ağacları kəsib".
Bundan sonar zərərçəkmiş qismində Şahbala Şükürov ifadə verib. O bildirib ki, 110 kvadrat metrlik mənzil alıb: "Mən makler vasitəsi ilə tanış olmuşam və mənzil almışam. Sonra evi satdım".
Məlum olub ki, həmin mənzil üç nəfərə ayrı-ayrı vaxtlarda satılıb. Zərərçəkmiş deyib ki, ona heç bir ziyan dəyməyib, mənzili alıb və daha sonra başqa şəxsə satıb.
Nofəl Hacıyevin vəkili deyib ki, hazırda ifadə verən zərərçəkmiş ziyan çəkməyib. Vəkilin sözlərinə görə, ona mənzil satılıb: "Həmin şəxsdə aldığı məbləğdən baha qiymətə mənzili satıb və burada qazanıb. Biz bilmək istəyirik ki, bu şəxs necə zərərçəkmiş qismində tanınıb ki, buna görə də ziyan hesablanıb".
Hakim deyib ki, Şahbala Şükürov zərərçəkmiş qismində tanınıb. Daha sonra Şahbala Şükürov eyni mənzili kağız üzərində alan 3 nəfər zərərçəkmişlə üzləşdirilib. Onların arasında söz mübahisəsi yaranıb. Zərərçəkmiş Şahbala Şükürov bildirib ki, onun heç kimə qarşı şikayəti və ya tələbi yoxdur. Daha sonra şahid qismində Hikmət Məmmədov ifadə verib. Məlum olub ki, zərərçəkmiş Xatirə Məmmədovanın həyat yoldaşıdır. Bundan əvvəlki iclasda zərərçəkmiş ifadə verib. Təqsirləndirilən Nofəl Hacıyev həmin ittihamı qəbul etməyib və onun həyat yoldaşına sualları olduğunu deyib. Onun sözlərinə görə, Hüseyn Səfərovun xahişi ilə Hikmət Məmmədovun adına mənzil yazıb. Şahid Hikmət Məmmədov bildirib ki, təqsirləndirilən şəxsi tanıyıb və onunla 2018-ci ildə tanışlıqları yaranıb: "Həmin ilin dekabrın 15-də Nofəlin ofisində pulu ödəyib və mənzil almışıq. Sonradan evi təmir etmək istəmişik. Lakin ev başqa bir nəfərə də satıldığı üçün təmir edə bilməmişik. MTK-ya mənzil almaq üçün pulu tam ödəmişik, bununla bağlı maliyyə arayışı da var".
Şahid qeyd edib ki, ümumilikdə mənzili almaq üçün 120 min manat ödəyib: "Amma müqavilədə məbləğ 167 min manat göstərilib. Bunu soruşdum, dedilər ki, gələcəkdə baha qiymətə satmaq üçün yazılıb".
Digər zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, şahid burada tamamilə yalan danışır. Onun sözlərinə görə, şahid onun uşaqlıq dostudur: "İndi burada deyir ki, tanışlıq 2018-ci ildə olub. Bir mənzili oğurlayıb, amma verməyib. Prokurorluğa şikayət etməklə şantaj etdi". Şahid onların danışdıqlarını yalan olduğunu deyib. Daha sonra prosesdə iştirak edə bilməyən bir neçə zərərçəkmişin ifadələri elan olunub.
Qeyd edək ki, Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” istirahət mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” istirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” maksimum xidmət göstərən böyük bir kompleksdir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 İyul 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see204

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see190

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see137

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri