Icma.az
close
up
RU
Azərbaycan Ağsaqqallar Şurasının Beynəlxalq Ahıllar Günü TƏBRİKİ

Azərbaycan Ağsaqqallar Şurasının Beynəlxalq Ahıllar Günü TƏBRİKİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə fədakar ömür yollarında zəngin təcrübə qazanmış, müdriklik zirvəsinə yüksəlmiş bütün ahıl vətəndaşlarımızı, ağsaqqallarımızı, ağbirçəklərimizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, mənəvi rahatlıq, firavan və dəyərli həyat arzulayırıq!

Bu əlamətdar gün dünya miqyasında olduğu kimi, Azərbaycanda da yaşlı nəslə, ağsaqqallara və ağbirçəklərə dərin ehtiramın və sonsuz təşəkkürün ifadəsi olaraq qeyd edilir. Sizin müdrikliyiniz, zəngin həyat təcrübəniz, milli-mənəvi dəyərlərimizin qorunmasında və gənc nəslə ötürülməsindəki əvəzsiz rolunuz xalqımız üçün hər zaman böyük əhəmiyyət kəsb edir.

Ulu Öndər Heydər Əliyev ağsaqqalları daim milli-mənəvi irsimizin daşıyıcısı, xalqımızın sabitlik və inkişaf yolunda əvəzsiz dayağı hesab etmişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə ahılların sosial rifahını yaxşılaşdırmaq, onlara dövlət səviyyəsində sistemli dəstək göstərmək ənənəsi formalaşmışdır. Bu ali dəyərlərə əsaslanan siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimiz ahıl vətəndaşlarımızın rifahının təmin olunması, sosial təminatlarının gücləndirilməsi, cəmiyyətə aktiv inteqrasiyası üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.

Yaşlı nəslin bütün nümayəndələri bu diqqət və qayğını hər zaman hiss edir, müxtəlif növ sosial xidmətlərlə təmin olunur, təqaüd və müavinətləri artırılır, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər görülür. Onların yubileyləri qeyd edilir, fəxri adlarla və dövlət mükafatları ilə təltif olunurlar.

Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də hər zaman ahıl üzvlərimizi diqqət mərkəzində saxlayır, onların təcrübəsindən faydalanmağa, sözünə, məsləhətinə dəyər verməyə çalışırıq. Çünki ağsaqqal və ağbirçək əslində bütöv bir millətin tarixi, kimliyi, qüruru və ən böyük dəyəridir.

Bu əlamətdar gün münasibətilə bir daha bütün ahıl vətəndaşlarımızı, ağsaqqallarımızı, ağbirçəklərimizi səmimi-qəlbdən təbrik edir, hər birinizə  uzun və sağlam ömür, ailə səadəti, gənc nəslə örnək olan nüfuzlu fəaliyyətinizdə uğurlar arzulayırıq! Azərbaycan xalqı daim Sizin müdrik məsləhətinizə, mənəvi dəstəyinizə ehtiyac duyur. Qoy hər zaman ömrünüz əmin-amanlıq və sevinc içində içində keçsin!

Hörmətlə,

Eldar QULİYEV

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor    

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri