Icma.az
close
up
RU
Azərbaycan Aİ münasibətləri hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Azərbaycan Aİ münasibətləri hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 may, AZƏRTAC

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri mühüm siyasi hadisədir. Bu səfər Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycana verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli yanaşması fonunda bu addım Avropa İttifaqının daha tarazlı mövqe tutmağa və balans yaratmağa çalışdığını göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, bu səfər, həmçinin Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Ölkəmizin sabit və proqnozlaşdırılabilən tərəfdaş kimi çıxış etməsi Azərbaycan-Avropa İttifaqı münasibətlərinin dinamik inkişafını şərtləndirən əsas amillərdəndir.

Avropa strukturları daxilində bəzi qrupların münasibətlərə xələl gətirməyə çalışmasına baxmayaraq, rəsmi Brüssel Azərbaycanla münasibətlərə daha obyektiv və real prizmadan yanaşır. Bu yanaşma Azərbaycanın Cənubi Qafqazda artan rolunun və beynəlxalq nüfuzunun qəbul edildiyini göstərir.

"Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısından sonra Kaya Kallasın Bakıya səfəri münasibətlərin yüksək səviyyədə davam etdiyini bir daha təsdiqləyir və ümumilikdə balanslaşdırıcı addım kimi qiymətləndirilə bilər. Bu, Kaya Kallasın Azərbaycana ilk səfəri deyil. O, bundan əvvəl də ölkəmizdə səfərdə olub və müxtəlif platformalarda rəsmi görüşlər keçirib. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər əsasən siyasi dialoq və iqtisadi əməkdaşlıq üzərində qurulub. Hazırda tərəflər arasında üç əsas əməkdaşlıq istiqaməti mövcuddur: enerji, nəqliyyat və təhlükəsizlik sahələri üzrə dialoq mexanizmləri.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Yaxın Şərqdə mövcud qeyri-sabitlik və enerji marşrutlarının təhlükəsizliyinin əvvəlki səviyyədə olmaması Azərbaycanın əhəmiyyətini daha da artırır və onu Avropa üçün vacib tərəfdaşa çevirir. Enerji ilə yanaşı, nəqliyyat və regional bağlantılar baxımından da Azərbaycan strateji mövqeyə malikdir. Orta Dəhliz, Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr, eləcə də regionda kommunikasiyaların açılması Avropa tərəfindən müsbət qiymətləndirilir", - deyə N.Həsənov vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri qarşılıqlı faydaya əsaslanır və dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlıq hər iki tərəf üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri