Icma.az
close
up
RU
Azərbaycanla Suriya arasındakı münasibətlərin bərpası hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Azərbaycanla Suriya arasındakı münasibətlərin bərpası hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 iyul, AZƏRTAC

Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan dövləti iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi yönündə aktiv siyasət həyata keçirir. Bəşər Əsəd rejiminin ermənipərəst mövqe tutması səbəbindən müəyyən dövr Azərbaycanla Suriya arasında vaxtilə korlanmış münasibətlərin bərpası hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal söyləyib.

O bildirib ki, Suriyada yeni hakimiyyət bərqərar olandan sonra ölkəyə humanitar yardım göndərən ilk ölkə Azərbaycan oldu. Qısa zamanda diplomatik əlaqələr yaradıldı, səfirliyimiz fəaliyyətini bərpa etdi.

Bu dinamika hazırda davam edir və Suriya keçid dövrü Prezidentinin Azərbaycana səfəri bu münasibətlərin səviyyəsinin yüksəldiyinin daha bir təzahürüdür.

"Suriya ilə Azərbaycanı bir sıra ortaq cəhətlər birləşdirir. Belə ki, ortaq coğrafiya, din, orada yaşayan türkmanların simasında mədəniyyət, dil və s. Bu baxımdan münasibətlərin yüksəldilməsi üçün böyük potensial var. Azərbaycan Suriyada mədəni irsin qorunması, ortaq mədəniyyətə aid mədəni abidələrin bərpası, mədəniyyət müəssisələrinin, məktəblərin təşkili kimi məsələlərdə aktiv rol ala bilər",- deyə A. Camal vurğulayıb.

QHT sədri əlavə edib ki, Suriya tərəfi enerji ehtiyaclarını ödəmək üçün, xüsusilə Azərbaycan qazının Türkiyə üzərindən ölkəyə nəqlində maraqlıdır. Artıq bu ideyanın reallaşdırılması üçün müvafiq anlaşma imzalanıb. Yaxın vaxtlarda Azərbaycan qazının Suriyaya nəqli gündəlikdədir.

Azərbaycan hazırda tək yerləşdiyi coğrafi məkanda deyil, maraqlarının tələb edildiyi istənilən regionda ciddi aktor kimi çıxış edir. Doğrudur, Azərbaycanın real gücə söykənən aktiv və səmərəli diplomatik fəaliyyəti bir sıra dövlətlər, o cümlədən Suriyada mövqelərini itirmiş qüvvələr tərəfindən narahatlıq və qısqanclıqla qarşılanır. Lakin bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən diplomatik fəaliyyət, ilk növbədə, Azərbaycanın maraqlarına əsaslanır və kiməsə qarşı deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see167

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see141

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see140

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see138

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see134

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see127

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see127

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see126

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see124

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see124

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri