Icma.az
close
up
RU
Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır

Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Fevralın 15-də Belqrad şəhərində İlham Əliyev və Aleksandar Vuçiç arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan-Serbiya münasibətləri təsadüfi əməkdaşlıq deyil, strateji baxışa söykənən uzunmüddətli tərəfdaşlığın modelidir. Bu görüş çərçivəsində keçirilən Serbiya-Azərbaycan Strateji Şurası iclası iki ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm platforma kimi çıxış etdi.

“Bizim gələcək üçün də açıq-aydın planlarımız var” ifadəsi əslində konkret istiqamətləri özündə ehtiva edən strateji yol xəritəsidir. Bu planların əsasında siyasi etimad, iqtisadi qarşılıqlı maraq və enerji təhlükəsizliyi dayanır. Hər iki ölkə beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməklə münasibətlərin siyasi fundamentini daha da möhkəmləndirir. Bu qarşılıqlı dəstək təkcə diplomatik jest deyil, prinsipial mövqe və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.

İqtisadi sahədə əməkdaşlıq artıq real nəticələrlə müşayiət olunur. İllər ərzində imzalanmış çoxsaylı sənədlər və artan ticarət dövriyyəsi münasibətlərin dinamik inkişaf etdiyini sübut edir. Qarşıdakı mərhələdə əsas prioritet birgə sərmayə layihələrinin genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin intensivləşdirilməsi və investisiya mühitinin daha da canlandırılmasıdır. Bu istiqamətdə qarşılıqlı səfərlər, investisiya forumları və biznes platformaları mühüm rol oynayacaq.

Energetika sahəsi isə əməkdaşlığın strateji sütunu kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır və qaz ixracının artırılması ilə yanaşı, elektrik enerjisi istehsalı və ixrac potensialını da genişləndirir. Serbiyada qazla işləyən 500 meqavatlıq elektrik stansiyasının tikintisi planı bu əməkdaşlığın praktik təzahürüdür. Bu layihə təkcə enerji istehsalı deyil, həm də texnologiya transferi, birgə idarəetmə və uzunmüddətli strateji sinergiya deməkdir.

Bununla yanaşı, 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün yaradılması planı Azərbaycanın enerji strategiyasının nə qədər iddialı və sistemli olduğunu göstərir. Bu artımın böyük hissəsinin ixraca yönəldilməsi Avropa məkanı ilə enerji inteqrasiyasını daha da gücləndirəcək. Serbiya ilə əməkdaşlıq isə bu prosesdə mühüm halqa rolunu oynayacaq.

Nəqliyyat, kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar sahəsində də yeni imkanlar formalaşır. Birbaşa aviareyslərin açılması, məhsul mübadiləsinin genişləndirilməsi və informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri iqtisadi münasibətləri daha şaxəli və dayanıqlı edəcək. Xüsusilə süni intellekt və məlumat mərkəzləri sahəsində əməkdaşlıq gələcəyin rəqəmsal iqtisadiyyatına inteqrasiyanı sürətləndirə bilər.

Bütün bu istiqamətlər göstərir ki, Azərbaycan və Serbiya münasibətləri yalnız bu günün deyil, gələcəyin maraqları üzərində qurulub. Açıq-aydın planlar, konkret layihələr və qarşılıqlı siyasi iradə iki ölkə arasında güclü strateji sinergiyanın formalaşmasına zəmin yaradır. Bu əməkdaşlıq modeli regional sabitliyə, enerji təhlükəsizliyinə və iqtisadi rifaha xidmət edən nümunəvi tərəfdaşlıq kimi dəyərləndirilə bilər.

Səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər bir daha sübut edir ki, gələcəyə baxış aydın, məqsədlər konkret, iradə isə qətidir. Bu isə Azərbaycan-Serbiya münasibətlərinin qarşıdakı illərdə daha da dərinləşəcəyini və yeni strateji mərhələyə qədəm qoyacağını deməyə əsas verir.

Zamir Güvəndiyev,

YAP Şəmkir rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Fevral 2026 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri