Icma.az
close
up
RU
Azərbaycan, artıq ona hər haqsızlığın edildiyi kimsəsiz bir ölkə deyil...

Azərbaycan, artıq ona hər haqsızlığın edildiyi kimsəsiz bir ölkə deyil...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqının ümumi xarici siyasət və təhlükəszlik siyasəti, eləcə də ümumi təhlükəsizlik siyasəti və Aİ-nın müdafiəsi haqqında illik hesabat Avropa Parlamentinin beynəlxalq münasibətlər üzrə Komitəsində səsverməyə çıxarılıb.

Hər iki məruzədə Ermənistan və Aİ arasında ikili münasibətlərin indiki dinamikası qeyd edilir. Hesabatda Avropa Sülh Fondu tərəfindən Ermənistana edilən yardımlar alqışlanmaqla Ermənistanda dislokasiya olunmuş Avropa İttifaqı müşahidə missiyasının rolu yüksək dəyərləndirilib. Parlamentarlar Ermənistandakı mülki missiyanın qalma müddətinin 19 fevral 2027-ci ilə qədər uzadılması barədə yekdil qərar qəbul ediblər.

Bu qərarın yaxın vaxtlarda Aİ-yə üzv ölkələrinin xarici işlər nazirliyi tərəfindən bəyənilməsi gözlənilir. Məlum olduğu kimi, Aİ 2022-ci ilin oktyabr ayında 40 nəfərdən ibarət mülki missiyanın iki ay ərzində olmaqla Ermənistan sərhəddi boyunca yerləşdirilməsi barədə qərar qəbul etmiş, lakin bu müddət başa çatandan sonra missiyanın daha geniş tərkibdə və iki il müddətinə vaxtının uzadılması ilə bağlı yeni qərar vermişdi. İndi isə bu müddətin 2027-ci ilə qədər, bəlkə də müddətsiz olaraq Ermənistanda yerləşdirilməsi qərarı verilir. Aİ parlamentarların erməni sevgisindən doğan həyacanla aparılan müzakirələrdə “Bakıda qeyri-qanuni saxlanılan 23 erməni girov və hərbi əsirlərinin dərhal azad edilməsinin zəruriliyi” qeyd edilib. Söhbət əlləri Azərbaycan xalqının qanına bulaşmış, qatı cinayətlərdə əli olan keçmiş Qarabağ xuntasının başçılarından gedir və Avropa parlamentarları hər vasitə ilə Azərbaycanın məhkəmə sisteminə təzyiq göstərərək onların azad edilməsini tələb edir.

İllik hesabatda həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin yenidən “öz evlərinə” qaytarılmasının zəruriliyi bildirilir. Avropa parlamentarlarının zaman-zaman xristan təəssübkeşliyindən irəli gələn ikili standartları hər şeydən əvvəl onun özü üçün utancverici olmalıdır. 30 ildən artıq işğala, təcavüzə məruz qalan, yüzminlərlə insanı erməni təcavüzü nəticəsində qaçqın, itkin düşən, dədə-baba yurdundan deportasiya edilən bir xalqın haqqına girmək, onu etnik təmizləmədə suçlayıb, təcavüzkar bir ölkəyə haqq vermək hansı ədalətə, mənəviyyata, qanuna uyğundur? Bu gün Bakıda öz əməllərinə görə məhkəmə qarşısına çıxarılan ermənilərin müdafiəsinə durmaq, bu cinayətlərə şərik olmaq anlamına gəlmirmi? 44 günlük müharibə zamanı Azərbaycan şəhərlərini raket zərbələrinə məruz qoyub yüzlərlə vətəndaşımızı qətlə yetirən, başda bu əmri verən Paşinyan olmaqla, bugünkü hərbi əsirlər deyildimi?

Bu gün Avropa Parlamentinin kürsülərindən ermənilərin şəninə tərif yağdıran, onların müdafiəsinə qalxan rəsmilər anlamalıdır ki, artıq Azərbaycan ona hər haqsızlığın edildiyi kimsəsiz bir ölkə deyil, əksinə gec də olsa öz haqqını alan, suverenliyini, ərazi bütövlüyünü təmin edən bir ölkədir və heç bir ikili standart onun tövrünü dəyişmək gücündə deyil.

“AzPolitika”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Fevral 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see221

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see167

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see148

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see146

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see139

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see139

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see135

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see134

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see133

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see131

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri