Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Azərbaycan heç bir ölkə üçün təhdid deyil!

Azərbaycan heç bir ölkə üçün təhdid deyil!

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Cənubi Qafqazın inkişafı, əməkdaşlığı üçün sabit gələcək formalaşdırır

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Xüsusilə, 44 günlük müharibədə əldə edilmiş Zəfərin ardından Azərbaycan həm bölgənin sabitləşdirici faktoru, həm iqtisadi tənzimləyicisi, həm də yeni dövrün inkişaf trayektoriyasını müəyyənləşdirən strateji yol xəritəsinin müəllifi qismində çıxış edir. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal strateji tərəfdaşa çevrilir - bütün bunların nəticəsidir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir. Ölkəmiz Qoşulmama Hərəkatına uğurlu rəhbərlik nümunəsi yaratmaqla yanaşı, son dövrlərdə Qlobal Cənubun inkişafı prosesində fəal iştirakçı kimi yer alır.

Ölkəmiz yaxın qonşuluq əlaqələrinə üstünlük verir...

Qeyd edildiyi kimi, həyata keçirilən rasional və praqmatik xarici siyasət kursu sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı regionun, xüsusilə Cənubi Qafqazın hərbi-siyasi, iqtisadi, ekoloji təhlükəsizliyinin təmin olunmasına fundamental strateji töhfələr bəxş edən regional güc mərkəzi kimi dəyərləndirir. Bu isə ona dəlalət edir ki, Azərbaycan regionun təhlükəsizlik qarantı və inkişaf mənbəyi qismində çıxış edir. Təsadüfi deyil ki, ölkəmiz qarşılıqlı münasibətlərdə, qonşuluq əlaqələrində ləyaqətli tərəfdaşlığa, beynəlxalq hüququn prinsiplərinə və ən əsası bərabərhüquqlu əməkdaşlığa istinad edir. Azərbaycan az-az ölkələrdəndir ki, hərbi münaqişələrin sülh və danışıqları yolu ilə tənzimlənməsini arzulayır, bitərəfliyini qoruyur, sabitliyin bərpası üçün səy göstərir və təhdid, təhlükə formalaşdırmır. Yeri gəlmişkən, ötən ay İsrail ilə İran arasında baş verən hərbi toqquşma zamanı da bir sıra dezinformasiyalar yayılmışdı - bəzi İran və Ermənistan saytları İsrailin guya Azərbaycan ərazisindən pilotsuz uçuş aparatları və raketlər vasitəsilə İrana zərbələr endirdiyini iddia etmişdi. Lakin bu xəbərlərin əsassız olması faktı bir daha öz təsdiqini tapıb və bu ittiham İranın birinci şəxsi tərəfindən təkzib olunub. Belə ki, İran Prezidenti Məsud Pezeşkian İsrailin guya Azərbaycan ərazisindən istifadə edərək İrana hücumlar həyata keçirməsi ilə bağlı iddialara son qoyub. O, bu barədə amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində danışıb: “Təhlükəsizlik orqanlarımız qonşu ölkələrlə sionist rejim arasında hərbi əməkdaşlıqla bağlı heç bir fakt qeydə almayıb. Bu söz-söhbətlərin əsası yoxdur”, - deyə İran Prezidenti vurğulayıb. Pezeşkian əlavə edib ki, əksinə, bəzi region ölkələri rəsmi şəkildə İrana dəstək göstərib və ərazilərinin Tehrana qarşı istifadə edilməsinə yol verməyəcəklərini bəyan ediblər.

Regional təhlükəsizliyin qorunması...

Qeyd olunduğu kimi, Azərbaycan nəinki region ölkələri, ümumiyyətlə dünyanın heç bir ölkəsinə qarşı hansısa təhdid formalaşdırmayıb. Bizim bütün hallarda ortaya qoyduğumuz mövqe sülhə əsaslanır, əməkdaşlığa söykənir, təhlükəsizliyin təmininə hədəflənir. Paralel olaraq İrana münasibətdə də mövqeyimiz aydın, dəyişməz və qətidir - Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Dövlət başçısı bildirib ki, biz heç vaxt öz ərazimizdən qonşu ölkələrə, o cümlədən İrana qarşı təhdidlərin yaranmasına imkan verməyəcəyik. Rəsmi Bakı bütünlüklə öz davranışlarında bu tezisləri təsdiqləyib və ötən dövrdə nəinki İran, digər region dövlətinə qarşı da heç bir təhdid və ya təhlükə formalaşdırılmayıb. Azərbaycanın milli təhlükəsizlik doktrinası sayılan və 2007-ci ilin mayında Prezident İlham Əliyev tərəfindən imzalanan Milli Təhlükəsizlik Konsepsiyamızda bu amil xüsusilə vurğulanır. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında qonşu ölkələrə qarşı öz ərazisindən təhdid formalaşdırılması yolverilməz sayılır. Beləliklə, Azərbaycanın rəsmi şəkildə hansısa region ölkəsinə təhdid yarada biləcək addım atmayacağı ortadadır. Bu müddəalar göstərir ki, Azərbaycan həm fərdlər, həm də qruplar səviyyəsində qonşulara qarşı yönələn düşmənçilik təşəbbüslərinin formalaşmasına əngəl qoyur. Yəni, öz ərazisindən hər hansı təhdid və ya təhlükə hazırlanmasını qəti şəkildə qəbul etmir, buna imkan vermir.

Zəngəzur dəhlizi və qərbi azərbaycanlıların fundamental hüququ...

Bəzən bu kimi səhv düşüncələr, qənaətlər ümumən regionun inkişaf prosesinə mənfi çalarlar gətirir, hətta bəzi məqamlarda tormozlayıcı funksiya daşıyır. Bir məqamı unutmaq olmaz ki, ölkəmiz hələ təcavüzə və işğala məruz qaldığı dövrdə belə sülhpərvər mövqeyindən çəkilməyib. Məsələn, biz hər zaman artıq tarixə qovuşmuş Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarı kimi çıxış etmişik. Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülhdən yayınması, yeni işğallarla bağlı bəyanatlar səsləndirməsi Azərbaycanı alternativ üsullara əl atmağa, ərazi bütövlüyünü və suverenliyini hərbi yolla təmin etməyə sövq etdi. Amma müharibə dövründə də Azərbaycan dəfələrlə Ermənistanı torpaqlarımızı azad etməyə, müharibəni dayandırmağa və işğal faktını sonlandırma çağırdı - təəssüf ki, bu çağırışlar gec təsir göstərdi və sonunda Ermənistan dərk etdi ki, Azərbaycan öz gücü və qətiyyəti ilə torpaqlarını işğaldan azad edəcək. Həmin dövrdə Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, başqa dövlətin torpağında gözümüz yoxdur - hətta buna imkanımız və gücümüz çatırdı. Amma biz hər hansı bir işğal faktı həyata keçirmirik.

Bu gün Ermənistanın kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması prosesini ləngitməyə çalışması da məhz bu kimi əsassız şübhələrdən doğur. Ermənistanın davranışı nəticəsində müharibədən sonra regionun simasını, iqtisadi dayaqlarını əsaslı şəkildə inkişaf etdirmək iqtidarında olan əməkdaşlıq platforması gecikir. Ən əsası isə rəsmi İrəvanın sərgilədəyi bu mövqe indiki halda ən böyük zərbəni elə Ermənistana vurur. Çünki regionda əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, kommunikasiyaların açılması sosial böhran içində boğulan Ermənistan üçün hava-su kimi vacibdir. Ermənistan hakimiyyəti öz xalqına yalan informasiyalar verir, yalan üzərində təbliğat aparır. Onlar təlqin etmək istəyirlər ki, guya Azərbaycan Zəngəzur dəhlizinin keçdiyi əraziləri özünə qatmaq fikrindədir. Azərbaycan dövləti heç bir zaman belə bir iddia irəli sürməyib. Bu, yalan birmənalı olaraq Ermənistan cəmiyyətini çaşdırmağa yönəlib. Azərbaycanın digər ölkələrin torpaqlarında gözü yoxdur. Düzdür, Zəngəzur tarixi Azərbaycan torpağıdır və onun Qərb hissəsinin vaxtilə Ermənistana birləşdirilməsi tarixi ədalətsizlikdir. Amma Zəngəzur dəhlizinin reallaşması bu kontekstdə izah oluna bilməz. Eyni fikirləri, Qərbi Azərbaycandan olan şəxslərin öz dədə-baba yurdlarında yaşamaq hüququnun tanınması kontekstində də səsləndirmək olar. İstər beynəlxalq konvensiyalara görə, istərsə də tarixi faktlara və ədalətə söykənərək öz torpağında yaşamaq hüququ tələb edən Qərbi Azərbaycandan olan və uzun illər boyu didərginlik həyatını, torpaqlarından qovulmanı, Ermənistan tərəfindən diskriminasiyanı yaşayan azərbaycanlılar heç də Ermənistan üçün təhdid sayıla bilməz - yüz minlərlə azərbaycanlı öz evində, doğulduğu ərazilərdə yaşamaq hüququ tələb edir. Bu isə onların fundamental haqqıdır.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan milli dövlətə çevrilib - ölkəmiz bütün gücünü regional inkişafa hədəfləyib.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri