Icma.az
close
up
RU
“Reuters”: Yeni sanksiyalar Rusiyanın qərb limanlarından neft ixracını azaltmayıb

“Reuters”: Yeni sanksiyalar Rusiyanın qərb limanlarından neft ixracını azaltmayıb

Ayna saytına istinadən Icma.az xəbər verir.

ABŞ və Avropa İttifaqı sanksiyaları hələlik Rusiyanın qərb limanlarından neft ixracının həcmlərinə təsir etməyib

Ötən həftə Moskvaya və Rusiyanın böyük neft şirkətləri “Lukoil” və “Rosneft”ə qarşı tətbiq edilən ABŞ və Avropa İttifaqı (Aİ) sanksiyaları hələlik Rusiyanın qərb limanlarından neft ixracının həcmlərinə təsir etməyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi LSEG və treyderlərin məlumatlarına istinadən məlumat yayıb.

Hava şəraiti Baltik və Qara dənizlərdə terminal tutumunu məhdudlaşdırsa da, oktyabr ayında Primorsk, Ust-Luqa və Novorossiysk limanları vasitəsilə neft daşınması cari ay üçün yenidən işlənmiş ixrac proqramındakı həcmlərə uyğun olaraq gündə təxminən 2,33 milyon barel təşkil edib.

ABŞ-ın “Rosneft” və “Lukoil” ilə bütün ticarət əməliyyatlarını məhdudlaşdırmaq üçün verdiyi son tarix 21 noyabrda başa çatır. Primorsk və Ust-Luqa Baltik limanlarından əsas alıcılara - Hindistandakı neft emalı zavodlarına gedən yolun bağlanmasına təxminən dörd həftə qalıb və qərar qəbul etmək üçün vaxt azdır.

"Baltik dənizindən Hindistana qədər ən azı dörd həftəlik bir səfər var və qışda daha da uzun çəkə bilər. Primorskda yüklənmiş məhsulun 21 noyabrdan sonra Hindistana çatacağı gözlənilir ", - deyə treyderlərdən biri “Reuters”ə bildirib.

Başqa bir sənaye mənbəyi qeyd edib ki, maliyyə riskləri əsas problem ola bilər: "Bankları ödənişlərin sanksiya altında olan şirkətlərə getməyəcəyinə inandırmaq çətin olacaq. Rupi ilə ödənişlər cəlbedici deyil".

Hindistanın neft-kimya şirkəti “Reliance Industries” cümə günü bildirib ki, yeni Qərb sanksiyalarının xammal təchizatı mənbələrinə təsirini qiymətləndirir. Şirkət uzunmüddətli müqavilə çərçivəsində “Rosneft”dən xam neft alır.

Treyderlər hesab edirlər ki, “Rosneft”, “Lukoil” və onların törəmə şirkətləri rəsmi olaraq son müştərilərə neft ixracını dayandıracaq və ticarət vasitəçiləri zəncirini artıracaq. “Reuters” mənbələri bildirib ki, bu, satıcılar üçün daha yüksək xərclərə səbəb olacaq, lakin xam neft alıcıları üçün riskləri azaldacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Oktyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri