Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında körpü rolunu uğurla oynayır

Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında körpü rolunu uğurla oynayır

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri bunun bariz nümunəsidir. Qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsində öz sözünü deyir.

Dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev ötən dövr ərzində Gürcüstana 1 dövlət, 1 rəsmi, 9 işgüzar olmaqla ümumilikdə 11 səfər edib. Son rəsmi səfər 2015-ci ildə, işgüzar səfər isə 2023-cü ildə həyata keçirilib. Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili isə ölkəmizə 1 rəsmi, 1 işgüzar səfər etmişdir. Rəsmi səfər 2019-cu ildə, işgüzar səfər isə IX Qlobal Bakı Forumunda iştirak etmək üçün 2022-ci ildə baş tutmuşdur. Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 2024-cü ilin 11 noyabr tarixində ölkəmizdə işgüzar səfərdə olmuşdur. Ba. nazir, həmçinin bu ilin yanvarında ölkəmizə i.güzar səfər etdi.
Hər bir səfər münasibətlərin dünəninə baxış əsasında yeni səhifənin açılmasıdır. Qeyd edək ki, Mixeil Kavelaşvilinin rəsmi səfəri prezident seçildikdən sonra ilk səfəridir. Cənab İlham Əliyev mətbuata birgə bəyanatında səfərin bu baxımdan əhəmiyyətini xüsusi qeyd etdi: “Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizi prezident vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə uğurlar arzulayıram. Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir”.
Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır. Bu gün də belədir. Bu, həm ölkələrimiz, eyni zamanda, Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkələrdir. Xalqlarımız arasında ənənəvi dostluq davam edir. Hər iki tərəf əlaqlərin yeni istiqamətlər üzrə inkişafında maraqlıdır və birgə addımları ilə buna yüksək səviyyədə nail olurlar. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmləndirilməsinə davamlı töhfələri daim yüksək dəyərləndirilir. Gürcüstanın Prezidenti “Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir” fikirləri ilə bunu bir daha təsdiqləyir.
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və sabiq Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 120-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq əlaqələrindən, hər iki dövlətin birgə həyata keçirdiyi iqtisadi layihələrdən geniş bəhs edərək onu da bildirdi ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, iki ölkə arasında nəqliyyat, enerji təhlükəsizliyi, ticarət sahələrində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu Cənubi Qafqaz regionunun gələcəyinə böyük töhfələr verir. Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır.

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri