Azərbaycan avarçəkəni Avropa çempionu olub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan avarçəkəni Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, masters kateqoriyasında (35–39 yaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan idmançı bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.
Baxış sayı:85
Bu xəbər 12 İyun 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















