Icma.az
close
up
RU
Azərbaycan Gürcüstanla birgə Avropanın enerji təhlükəsizliyində çox fəal rol oynayır Deputat

Azərbaycan Gürcüstanla birgə Avropanın enerji təhlükəsizliyində çox fəal rol oynayır Deputat

Icma.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycan-Gürcüstan əlaqələri artıq yeni bir mərhələyə daxil olub. İki ölkənin münasibətləri daha da da inkişaf edir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi əslində əlaqələrin möhkəmləndiyinin və gücləndiyinin göstəricisidir:

“Bir müddət əvvəl cənab Prezident İlham Əliyev Antaliyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdü. Həmin görüşdə Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olundu. Eyni zamanda, ADA Universitetində keçirilmiş beynəlxalq forumda da cənab Prezident Gürcüstanla əlaqələri çox yüksək qiymətləndirdi. Gürcüstan Prezidenti ilə görüşdə isə dövlət başçısı çox önəmli bir açıqlama verdi. Azərbaycan lideri bildirdi ki, Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Yəni, bu gün Azərbaycan prosesdə Gürcüstanla bir yerdə çox fəal rol oynayır, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri daha da inkişaf edir”.   

Deputat əlavə edib ki, bölgədəki proseslərə mane olan əsas dövlət Ermənistandır: “Bu ölkə regional proseslərin, münasibətlərin inkişafına ciddi şəkildə mane olur. Azərbaycanın Gürcüstanla çox yaxşı gündəliyi var, çox önəmli mövzular var. Bu gün nəqliyyat, kommunikasiya, enerji təhlükəsizliyi istiqamətlərində dövlətlərimiz arasında ciddi bir əməkdaşlıq mövcuddur. Azərbaycan hər zaman Gürcüstana öz dəstəyini göstərib, Gürcüstan da beynəlxalq platformalarda Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. Onu da təəssüflə qeyd etmək lazımdır ki, bu gün hər iki ölkə Avropa İttifaqının, Avropa təsisatlarının ikilistandartları, qərəzi ilə üz-üzədir. Amma bütün bunlara baxmayaraq hər iki dövlət öz hədəflərinə və məqsədlərinə doğru hərəkət edirlər. Bu prosesin daha da sürətləndiyini və inkişaf etdiyini  görürük. Bu istiqamətdə bütün tərəflərin üzərinə böyük bir məsuliyyət düşür. Hesab edirəm ki, Gürcüstan Prezidentinin səfərindən sonra əlaqələrimizdə yeni bir istqamətin, yeni bir mərhələnin şahidi olacağıq. Əlaqələrimiz daha da güclənəcək, daha da möhkəmlənəcək, daha da inkişaf edəcək. Yeni layihələr, yeni əməkdaşlıq, yeni perspektivlər bizim gözümüzün önündə olacaq. Bu da prosesə, əlaqələrimizin inkişafına öz ciddi töhfəsini birmənalı olaraq verəcəkdir”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri