Icma.az
close
up
RU
“Azərbaycan Avtomobil Evi” xarab maşın satdı Müştəri məhkəmə ilə HƏDƏLƏNİR

“Azərbaycan Avtomobil Evi” xarab maşın satdı Müştəri məhkəmə ilə HƏDƏLƏNİR

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bakı sakini Vüqar Tərlan oğlu İbrahimov, Azərbaycan Avtomobil Evi MMC-nin ona qüsurlu avtomobil satdığını, nəqliyyat vasitəsini geri qaytarmaq istədikdə isə şirkət rəhbəri tərəfindən məhkəmə ilə təhdid olunduğunu iddia edir.

O, bununla bağlı Bakupost.az-a şikayət edib.

Şikayətçinin sözlərinə görə, oktyabrın 6-da avtomobil almaq üçün şirkətin Babək prospekti 74 ünvanında yerləşən satış mərkəzinə müraciət edib. Şirkətin əməkdaşı İlqar adlı şəxs ona Çinin “Changan” avtomobil markasının “Asvin” modelini tərifləyərək almağı tövsiyə edib:

“Bu avtomobil üçün ilkin olaraq 1278 manat ödəniş etdim və müqavilə bağlandı. Lakin sonradan mənə təqdim olunan maliyyə sənədinin rəsmi olmadığını öyrəndim. Bildirdilər ki, oktyabrın 7-də dövlət qeydiyyat nişanı hazır olduqdan sonra avtomobili təhvil ala bilərəm. Deyilən tarixdə avtomobili həmin ünvandan götürdüm”.

V.İbarhimov deyir ki, avtomobili aldıqdan təxminən bir həftə sonra texniki problemlər ortaya çıxmağa başlayıb:

“Dərhal İlqar bəylə əlaqə saxladım və qüsurların aradan qaldırılmasını, yaxud avtomobilin geri qaytarılmasını tələb etdim. Mənə bildirdi ki, şirkətin servisində baxış üçün onlayn növbə götürməliyəm. Qüsurlar olmasına baxmayaraq, 30 oktyabr tarixində – yəni vaxtından qabaq ödəniş cədvəlinə uyğun olaraq əlavə 1355 manat da ödədim”.

Vüqar İbrahimov bildirir ki, noyabrın 10-da avtomobili şirkətin Əhməd Rəcəbli küçəsində yerləşən servis mərkəzinə təhvil verib. Ona iki gün ərzində məlumat veriləcəyi bildirilsə də, yalnız 18 noyabda şirkətin mühasibatlığından olduğunu deyən Samir adlı şəxs onunla əlaqə saxlayıb:

“Mənə dedi ki, ümumilikdə 2633 manat ödəmişəm, lakin avtomobilin geri qaytarılması halında bu məbləğ sıfırlanır və əlavə olaraq 6400 manat ödəməliyəm. Niyə? deyib soruşduqda cavab verdi ki, maya dəyəri 25900 olan maşını artıq 3800 km sürdüyünə görə ikinci əl kimi daha ucuz – 19500 manata satacağıq. Əgər pulu ödəməsən səni məhkəməyə verəcəyik. Etiraz etdim ki, mənim sizə ödədiyim 2633 manat pulu sıfırlamağınız bəs deyil, hələ üstəgəl 6400 manat borcu da mənim belimə yükləyirsiniz. Sizin qüsurlu maşınınıza 34000 manat ödəməliyəm?”

Bundan sonra şikayətçi məsələ ilə bağlı şirkətin rəhbəri Orxan Bayramovla görüş tələb edib. Görüş zamanı rəhbərlik avtomobili yenisi ilə əvəz etməyəcəklərini, yalnız texniki qüsurları aradan qaldıra biləcəklərini bildirib və ödənişi tələb edib:

“Mənə dedi ki, əgər ödənişi etməsən, məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyik.

“Azərbaycan Avtomobil Evi”nin rəhbəri Orxan Bayramov mənə qüsurlu avtomobil sataraq istehlakçı hüququmu pozub”.

Məsələ ilə bağlı vəkil İntiqam Hacıyev Bakupost.az-a açıqlamasında bildirib ki, bu məsələyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən nisyə alqı-satqı müqaviləsi qaydaları tətbiq olunmalıdır:

“Hazırki informasiyaya əsasən demək olar ki, nisyə qaydada avtomobil əldə etmiş şəxsin hüququ var ki, avtomobilin texniki qüsurlarının aradan qaldırılmasını və ya həmin qüsurları özü aradan qaldırdığı halda çəkdiyi xərclərin ödənilməsini tələb etsin. Həmçinin, əgər alıcı texniki qüsurlara görə malı geri qaytarmaq istəyirsə, bu zaman avtomobili geri qaytararaq ödədiyi pul məbləğinin geri verilməsini tələb edə bilər. Lakin bu, yalnız texniki qüsurların mövcudluğunu və onların istehsalçıdan və ya satıcıdan qaynaqlandığını sübut etdiyi halda mümkündür.

Hüquqşünas qeyd edib ki, Mülki Məcəllənin 587-ci maddəsinə görə, əgər satıcı əşyanın qüsurları barədə əvvəlcədən məlumat verməyibsə, keyfiyyətsiz əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, öz seçimi ilə aşağıdakıları tələb etsin:

“alış qiymətinin mütənasib şəkildə azaldılması;

əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;

əşyanın qüsurlarının aradan qaldırılması üçün çəkdiyi xərclərin ödənilməsi.

Əşyanın keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, aradan qaldırılması üçün həddindən artıq xərc və ya vaxt tələb edən qüsurlar, dəfələrlə təkrar olunan qüsurlar və ya aradan qaldırıldıqdan sonra yenidən yaranan qüsurlar olduqda) alıcının aşağıdakı hüquqları var:

alqı-satqı müqaviləsinin icrasından imtina etmək və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək;

keyfiyyətsiz əşyanın müqaviləyə uyğun keyfiyyətli əşya ilə əvəz olunmasını tələb etmək.

Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilən qüsurların aradan qaldırılması və ya əşyanın dəyişdirilməsi tələbi, əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən başqa hal irəli gəlmirsə, alıcı tərəfindən irəli sürülə bilər.

Komplektə daxil olan hissələr keyfiyyətsiz olduqda isə alıcı həmin hissə ilə bağlı eyni hüquqları həyata keçirə bilər”.

İddialarla bağlı şikayətdə adı keçən Azərbaycan Avtomobil Evi MMC-nin İlqar adlı əməkdaşı ilə əlaqə saxladıq. O, saytımıza açıqlama verməkdən imtina etdi.


Şirkətdən isə bildirildi ki, məsələ aidiyyəti üzrə yönləndirilib.

Lalə Novruz,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Fevral 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri