Icma.az
close
up
RU
Azərbaycan bu zəfərlə bütün dünyaya gücünü göstərdi İsmayıl Cingöz

Azərbaycan bu zəfərlə bütün dünyaya gücünü göstərdi İsmayıl Cingöz

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyuldu. Məhz həmin gün tarixi qələbənin başlandığı gündür. 27 sentyabrda tarixə II Qarabağ müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu. Bütün bunların nəticəsində Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. Məhz bu gün Şuşanın da azad olunması ilə tarixin şanlı səhifələrində Zəfər Günü kimi qeyd olunur.

Bu gün münasibətilə siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmayıl Cingöz Publika.az-a açıqlama verib.

O qeyd edib ki, Ali Baş Komandan İlham Əiyev 30 il işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması üçün siyasi iradə kəsb edən mühüm qərar verib:

“30 ilə yaxındır ki, İkinci Qarabağ müharibəsinə siyasi və hərbi cəhətdən önəmli hazırlıq proseslərini tamamlayan İlham Əliyevin nəhayət verdiyi bu qərarla torpaqlar işğaldan azad olundu. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın beynəlxalq ictimaiyyətə haqlı olması ilə bağlı açıqlamaları böyük önəm kəsb edirdi. Həmçinin həmin dövrdə Azərbaycan əsgərlərinə əhəmiyyətli dərəcədə motivasiya verilirdi. Ümumiyyətlə, ordunun yönləndirilməsi, beynəlxalq ictimaiyyətin idarə olunması, gedişatın tələb etdiyi siyasi və hərbi qərarların yerli-yerində, qorxusuz şəkildə verilməsi Azərbaycanın gücünü bir daha ortaya qoydu. Azərbaycan bütün torpaqlar azad olunana qədər əzmlə mücadilə apardı. İlham Əliyevin dik duruşu, sərgilədiyi iradəli mövqeyi Qarabağ zəfərinin təməlindəki önəmli faktorlardan idi”.

Siyasətçi Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu vurğulayıb:

“Həmin dövrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da siyasi dəstəyini vurğulamaq lazımdır. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Bu bəyənnamə Türkiyə və Azərbaycanın tək dövlət kimi hərəkət edə biləcək şərtlərə sahib olduğu üçün əhəmiyyətlidir. İkinci Qarabağ müharibəsində simvol xarakter daşıyan Şuşanın imza tədbiri üçün seçilməsi önəmli nüans idi”.

İ. Cingözün sözlərinə görə, Şuşa Bəyənnamə ilə bütün Türk dünyasına önəmli mesajlar verildi:

“Bəlkə də gələcəkdə Türk Dövlətləri Təşkilatı Avropa İttifaqı kimi oxşar imkanlar daxilində hərəkət edəcək. Bu, həm də dünyaya iki dövlətin bir yumruq olduğunu göstərmək cəhətdən önəmlidir. Qafqaz üzərində Rusiya, Ermənistan, Fransa, Yunanıstan və digər Avropa dövlətlərinin planlarına bir yumruq olaraq qarşı çıxmağın təməli də qoyulmuş oldu.

Bunlarla yanaşı iki ölkənin ticarət əngəllərinin ortadan qaldırılması, ortaq istehsal, istehlak və ortaq ixrac etmək kimi maddələrlə iqtisadi birlik planları da quruldu. Yeni dünya sisteminin ən önəmli qovşaq nöqtəsi olan Qafqazın liderinin Azərbaycan və Türkiyə olacağı mesajı verildi. Həmçinin Zəngəzur dəhlizi məsələsi də Şuşa bəyənnaməsində diqqətə alındı. Bu da ortaq ticarət prosesinin həyata keçirilməsində önəmli faktordur.

Azərbaycan Qarabağ zəfəri ilə bütün dünyaya öz gücünü göstərdi. Qalib xalqın şanlı Zəfər Günü qutlu olsun!”

Roza Şəfiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://publika.az
archiveBu xəbər 08 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri