Icma.az
close
up
RU
Azərbaycan gücünü bütün dünyaya göstərdi! Xarici ekspertlər a DANIŞDILAR

Azərbaycan gücünü bütün dünyaya göstərdi! Xarici ekspertlər a DANIŞDILAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətən müharibəsində qazanılan şanlı qələbədən dörd il ötür. Azərbaycan Silahlı Qüvvələri 44 gündə əldə etdiyi möhtəşəm Zəfəri dünyanın hərb tarixinə əbədi yazdı.
 

Modern.az saytı xarici ekspertlərin Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi barədə fikirlərini öyrənib.
 

Türkiyənin tanınmış analitiki Abdullah Ağar bildirib ki, Qarabağ zəfəri Türk dünyasının taleyini dəyişdirib:
 

“Düşmənə döyüş meydanında sözün əsl mənasında dərs verən Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etməklə tarixi qələbə qazanıb. Azərbaycan hərbçilərinin Şuşaya daxil olması Ermənistan ordusunun parçalanmasına səbəb oldu. Qondarma "Dağlıq Qarabağ"ın "lideri" Arayik Arutyunyan "Azərbaycan qüvvələri Şuşa istiqamətində irəliləyir. Onlar şəhərdən maksimum 5 kilometr aralıdadırlar. Şuşa yıxılırsa, Qarabağ yıxılıb" deyirdi. Tarixin təkrarlanacağı vədi bir daha öz təsdiqini tapdı. Ermənistanın işğalı altında olan Qarabağ torpaqları azad olundu və bununla tarixi ədalət bərpa edildi. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Azərbaycana qarşı hücumlara yenisini əlavə edən Ermənistan regionda sülh və əmin-amanlıq üçün ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti Azərbaycanın yanındadır. Azərbaycanın qardaşları həmişə olduğu kimi, bu gün də ona bütün imkanları ilə dəstəkdir. 
Qarabağ zəfərindən sonra Türk dünyası da dirçəlməyə və inkişafa başlayıb. Bu gün Türk dünyası üçün atılan addımların bağlanğıcı Qarabağ zəfəri olub”.
 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Azərbaycanın Qarabağda parlaq qələbə qazandığını bildirib:
 

“Azərbaycanda ölkə rəhbərliyinin qoyduğu döyüş tapşırıqlarını həll edə biləcək müasir silahlı qüvvələr yaradılıb və bunun nəticəsini Qarabağ müharibəsində gördük. Azərbaycan Ordusu qələbə qazandı. Müharibədə əsas üstünlük hərbi-iqtisadi potensial və psixologiyadır. Əgər bunlar varsa, güclü olan qalib gəlir. Etiraf edək ki, Azərbaycanın göstəriciləri Ermənistanın bütün qüvvələri üzrə göstəricilərindən üstündür. Vəziyyəti hərbi yolla dəyişmək üçün ən son silah və hərbi texnikaya malik müasir silahlı qüvvələrə ehtiyac vardı. Azərbaycan bunu başa düşürdü və hazırlıqlar görürdü. Ermənistan isə özünün kiçik büdcəsi və az əhalisi ilə bu problemi həll etmək gücünə malik deyildi. Azərbaycan Ordusu döyüşdə üstün olduğunu göstərdi. Azərbaycanın parlaq zəfərini bütün dünya eyni zamanda Rusiyada qəbul edir. Bu gün Rusiya iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün çalışır və prosesi dəstəkləyir”. 

Pakistanlı ictimai-siyasi xadim Qaiser Nəvab Azərbaycanın Qarabağda çətin və məsuliyyətli qələbə qazandığını qeyd edib:


“2020-ci il sentyabrın 27-də Ermənistan ordusu Azərbaycanın cəbhə xəttindəki mövqelərini və mülki yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya və minaatanlardan atəşə tutub. Ermənistan ordusunun intensiv bombardmanları nəticəsində təmas xəttində yerləşən yaşayış məntəqələrində mülki şəxslər və hərbçilər şəhid olublar. Şanlı Azərbaycan Ordusu erməni təxribatlarına cavab olaraq, bütün cəbhə boyu əks hücuma keçib. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək, Azərbaycanın mübarizəsinin haqq işi olduğunu və öz torpaqlarını xilas etmək üçün mübarizə apardıqlarını bildirib. Qardaş və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır, İkinci Qarabağ müharibəsində qələbənin qeyd edilməsində onların sevincini bölüşürəm. Azərbaycan xalqı kimi Pakistan xalqı da bu qələbəni eyni sevinclə qeyd edir. Vətən müharibəsi dövründə Pakistan xalqı, hökuməti və parlamenti Azərbaycanın mövqeyini mənəvi, sosial və siyasi cəhətdən dəstəkləyib. Biz həmişə azərbaycanlı qardaşlarımızın yanında olmuşuq və əlaqələrimizi möhkəmləndirmək üçün bundan sonra da dəstəkləyəcəyik”.
 

Ukraynalı politoloq Oleq Starikov da Qarabağ Zəfərinin dünyada misilsiz olduğu və Ukraynaya ilham verdiyini bildirib:


“Azərbaycan ərazisinin 20%-nin 30 illik işğalı zamanı Ermənistan bir sıra hərbi cinayətlər törədib, təxribatlara əl atıb. Bu gün sevinirik ki, Azərbaycan münaqişəni həll edərək, Zəfər Gününü qeyd edir. Bu qələbə Azərbaycanın gücünü dünyaya göstərdi. Ukrayna Qarabağ müharibəsi zamanı Azərbaycanın yanında olub. Qarabağ zəfəri dünyada kimin güclü, kimin haqlı olduğunu sübut etdi. Etiraf edək ki, müharibəyə qədər heç kim Azərbaycanın bu qədər güclü olduğunu, eyni zamanda belə silahlara malik olduğunu bilmirdi. Ukrayna xalqı dost Azərbaycanı təbrik edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri