Azərbaycan Basketbol Liqasında bu gün iki oyun keçiriləcək
Cbcsport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Basketbol Liqasının IV turunda bu gün daha iki oyun keçiriləcək.
A qrupunda "Sabah" evdə NTD-ni qəbul edəcək. Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq oyuna saat 12:30-da start veriləcək.
"Sabah" hazırda A qrupunda 6 xalla ikinci yerdə qərarlaşıb. 4 xala malik NTD isə dördüncüdür.
B qrupunda "Sumqayıt" səfərdə "Quba"nın qonağı olacaq. Quba Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşmanın start fiti saat 17:30-da səsləndiriləcək. "Quba" klubu hazırda 3 xalla beşinci yerdədir. Eyni xala malik "Sumqayıt" isə sonuncu - 6-cı pillədədir.

Azərbaycan Basketbol Liqasında iki oyun keçiriləcək
25 Yanvar 2025 09:51
Azərbaycan Basketbol Liqasında bu gün iki oyun keçiriləcək
30 Noyabr 2024 10:00
Azərbaycan Basketbol Liqasında bu gün daha iki oyun keçiriləcək
04 Dekabr 2024 10:41
Azərbaycan Basketbol Liqasında bu gün daha bir oyun keçiriləcək
07 Fevral 2025 09:24

