Icma.az
close
up
RU
Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır

Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalanması xalqımızın tarixi zəfərinin və milli qürurunun parlaq simvoludur. Bu hadisə 2020-ci ilin Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun işğaldan azad edilməsindən sonra baş vermiş və Azərbaycan xalqının illərlə arzuladığı qələbənin rəmzinə çevrilmişdir. Xudafərin körpüsü əsrlərlə tarixə şahidlik etmiş, Cənubi Qafqazla Cənubi Azərbaycanı birləşdirən strateji əhəmiyyətli bir abidədir. Bu körpü təkcə coğrafi baxımdan deyil, həm də mədəni, tarixi və mənəvi baxımdan Azərbaycan xalqı üçün dəyərli bir simvoldur. İşğal dövründə bu ərazilərdən uzaq düşən Azərbaycan xalqı üçün Xudafərin körpüsü bir nisgil, bir həsrət məkanı idi. Ancaq Vətən müharibəsində qazanılan parlaq qələbə ilə bu nisgil sona çatdı. Azərbaycan Ordusunun qəhrəman əsgərləri Cəbrayılı işğaldan azad etdikdən sonra Xudafərin körpüsünə çataraq orada üçrəngli bayrağımızı ucaltdılar. Bu an tarixə yazıldı və hər bir azərbaycanlının yaddaşında əbədi iz qoydu.

Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalanması xalqın birliyinin, ordunun gücünün və dövlətin qətiyyətinin göstəricisidir. Bu görüntü illərlə gözlənilən ədalətin bərpası idi. Hər bir azərbaycanlı üçün bu mənzərə təkcə bir bayrağın ucaldılması deyil, həm də torpağa sahib çıxmağın, tarixə hörmətin və gələcəyə inamın göstəricisidir. Bayrağın dalğalanması şəhidlərimizin ruhunu şad etdi, xalqımıza isə sonsuz bir qürur yaşatdı. Xudafərin körpüsündə dalğalanan bayraq təkcə bu torpaqlarda deyil, bütün Azərbaycan coğrafiyasında milli həmrəyliyin və vətənə bağlılığın simvoludur.

Bu hadisə eyni zamanda bir mesaj idi – həm ölkə daxilində, həm də beynəlxalq miqyasda. Mesaj ondan ibarət idi ki, Azərbaycan heç bir zaman öz torpaqlarından vaz keçməyib və keçməyəcək. Ərazi bütövlüyümüz bərpa olunub, dövlət suverenliyi tam təmin olunub. Xudafərin kimi tarixi bir məkanda bayrağın dalğalanması bu torpaqların Azərbaycan dövlətinə məxsus olduğunu bir daha sübut edir. Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalanması yalnız bir hadisə deyil, bir xalqın iradəsinin, milli kimliyinin və torpaq sevgisinin canlı təzahürüdür. Bu mənzərə nəsillər boyu xalqımızın yaddaşında qalacaq, gələcək nəslə vətənpərvərlik nümunəsi kimi təqdim olunacaq. Bayrağımız Xudafərin körpüsündə əbədi dalğalanacaq və bu torpaqlar üzərində Azərbaycan var olduqca heç vaxt enməyəcək.
Nicat Quliyev 
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri